adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Noyabr 2021 12:18
1127
MƏDƏNİYYƏT
A- A+

Rəssamın rəng dünyası

Dekorativ-tətbiqi sənət Qarışıq texnikası


Dekorativ-tətbiqi sənət dedikdə adətən bu sənətə el arasında “xalq sənəti” də deyirlər. Bu sənətin xalçaçılıq, batik (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma, bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və digər növləri mövcuddur. Dekorativ-tətbiqi sənət, həmçinin bədii sənətin müxtəlif növlərini də özündə ehtiva edir. Onların arasında döymə sənəti,zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq, basmanaxış, toxuma, bədii tikmələr və bir çox digərləri haqqında da söhbət açmaq olar.

Sözsüz ki, bu gün qə­dim mə­də­niy­yə­tə ma­lik olan Azər­bay­can xal­qı minil­lik­lər­dən bə­ri da­şı­yıb gə­tir­di­yi xalq sə­nə­ti in­ci­lə­ri­ni təbliğ etməklə onu yaşadır və gələcək nəsillər üçün tanıdır. Əlbəttə ki, azər­bay­can­çı­lıq ele­mentlə­ri ilə zən­gin olan xalq tət­bi­qi sə­nət növ­lə­ri hər zaman böyük maraqla izlənilir. Təbii ki, burada həmçinin xüsusi olaraq qeyd etmək lazımdır ki, azər­bay­can­çı­lıq ab-ha­va­sı­nı özündə əks et­di­rən sə­nət nü­mu­nə­lə­ri xal­qı­mı­zın keç­mi­şi­ni, bu gü­nü­nü ya­şa­tmaqla yanaşı sa­ba­ha olan ümid­lə­ri­ni də ifa­də edir.

Tarixi faktlara nəzər salarkən qeyd etmək lazımdır ki, orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ-tətbiqi sənətlə bir vəhdətlik təşkil edərək Gəncə, Beyləqan və digər şəhərlərimizdə tapılan keramika nümunələri üzərində nəbati və həndəsi ornamentlərlə yanaşı, iti caynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər olaraq təsvir edilib. Hətta bu dövr Azərbərbaycanın İntibah mədəniyyəti hesab edilən Nizami Gəncəvinin yaradıcılığı ilə sıx bağlı olaraq onun poemalarında memar, heykəltəraş, nəqqaş və rəssam obrazları kimi də təqdim edilib.

Ulu Şeyx Nizami yurdu olan qədim Gəncədə də dekorativ-tətbiqi sənət nümunələrini öz geniş yaradıcılıq emalatxanalarında yaşadan sənətkarları da az deyil. Bu gün Nizami yurdu Gəncədə yaşayan belə bir dekorativ-tətbiqi sənət, qarışıq texnikası ustası olan, Azərbaycan Rəssamlar İttifaqının üzvü Məhbubə Həsənova haqqında söhbət açmaq niyyətindəyəm.

Məhbubə Zaman qızı Həsənova 01 oktyabr 1962-ci ildə Göygöl (Xanlar) rayonunun Yenikənd kəndində anadan olub. Orta təhsilini Gəncə şəhəri, Səməd Vurğun adına 41 saylı tam orta məktəbində alıb. Daha sonra dekorativ-tətbiqi sənətə həmçinin farfor-keramikaya olan maraq onu Əməkdar rəssam Nazim Babayevin və Farfor-keramika ustası olan Rasim Hüseynovun emalatxanalarına gətirib. O, məhz bu emalatxanalarda sənətin incəliklərini öyrənərək dekorativ-tətbiqi sənətin eləcə də Farfor-keramika sənətinin forma və üslublarına yiyələnə bilib. Taleyini 1991-ci ildən Gəncə Dövlət Rəsm Qaleriyasına bağlayan Məhbubə Həsənova burada Fond müdiri olaraq fəaliyyətə başlayıb. Sənətinin incəliklərindən söhbət düşərkən bizimlə həmsöhbət olan Məhbubə Həsənova dekorativ-tətbiqi sənətə olan marağını və uğurlarını belə izah edir: “Azər­bay­can döv­lə­ti xalq sə­nə­ti­nə, xü­su­sən də de­ko­ra­tiv-tət­bi­qi sə­nə­tə çox bö­yük dəs­tək olur.Bu gün Azər­bay­can­da bir çox sə­nət­karlar var ki, on­lar dekora­tiv xalq sə­nə­ti növ­lə­ri­ni ya­şa­dır. Bu sə­nət növ­lə­ri za­ma­nın­da xalq tə­rə­fin­dən ya­ra­dı­lıb, ha­zır­da isə müx­tə­lif sə­nət­kar­lar bu yo­lu da­vam et­di­rir. Nə xoşbəxt taleyimə ki, bu sənətin Gəncədə inkişaf etdirilməsi və yaşadılması üçün mənim də zəhmətim var. Yartdığım hər bir sənət nümunəsi dekorativ-tətbiqi sənətin inkişafı və bu sahədə gənclərin yetişməsində xüsusi əhəmiyyətə malikdir”.

Bu gün Məhbubə Həsənovanın yaradıcılığına nəzər salarkən Nizami Gəncəvi xəmsə - Yeddi gözəl (70x60, kətan, yağlı boya), Nizami məqbərəsi (80x40, maket, kibritdən), Fərhad və Şirin (70x80, minyatür, şüşə, vitraj), Leyli və Məcnun (50x40, şüşədə, vitraj), Məhsəti Gəncəvi (100x60, saxsı üzərində, küpə), Fərhad və Şirin (50x50, kətan üzərində, yağlı boya), Qəmbər Hüseynli “Cücələrim əsəri” (70x50, lepka, karton), Mirzə Şəfi Vazehin portreti (100x80, karton, yağlı boya), Mirzə Şəfi və Züleyxa (150x80, minyatür, kətan, yağlı boya), Mirzə Şəfi və Bonustet (80x40, portret, kətan, yağlı boya), Buta (80x40, şüşə, vitraj), Üzümlər (50x40, karton, şüşə, qarışıq texnika), Milli kuklalar, araxcınlar, küpələr və butulkalar üzərində sandıqlarda əl işləri, Üzeyir Hacıbəyli yapma heykəltəraşlıq (yağlı boya), “Arşın mal alan” silsilələri (10 ədəd müxtəlif ölçülərdə), Heydər Əliyev portreti (70x50, yağlı boya, kətan), Mehriban Əliyeva portreti (60x70, yağlı boya, kətan), Sübhçağı (80x60, Qabilendən əlişi), Qədim Gəncə (65x47, ağac üzərində oyma) kimi yardılan əsərləri maraqlı və orjinal sənət nümunələri olaraq diqqəti cəlb edir.

Təbii ki, bu gün Məhbubə Həsənovanın yaradıcılığına nəzər salarkən qeyd etmək lazımdır ki, hər bir xal­qın ta­ri­xi onun ya­rat­dı­ğı sə­nət­kar­lıq nü­mu­nə­lə­rin­də ya­şa­yır. Sözsüz ki, bə­şə­riy­yə­tin il­kin ya­ra­nış döv­rün­dən baş­la­ya­raq bu gü­nünə ki­mi xalq sə­nət­kar­lı­ğı müx­tə­lif in­ki­şaf mər­hə­lə­lə­rindən ke­çib və hər zaman sa­də əl əmə­yi­nə əsas­la­nan əş­ya­lar, mə­i­şət ava­dan­lıq­la­rı son­ra­lar hə­min dövrlər­dən xə­bər ve­rən mad­di-mə­də­niy­yət nü­mu­nə­lə­ri­nə çev­ri­lə bilib. Məhz bu gün Məhbubə Həsənovanın yaradıcılığında da onun dekorativ-tətbiqi sənət nümunələri qarışıq texnikası ustası olaraq hər zaman milli-mənəvi dəyərləri tərənnüm etməklə maddi-mədəniyyət nümunələri olaraq diqqəti cəlb edir.

İstedadlı rəssam 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 2019-cu ildə isə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi “Yaradıcılıq” təqaüdünə layiq görülüb. Məhbubə Həsənova bu illər ərzində 20-dən artıq Beynəlxalq, Respublika və eləcə də Gəncə şəhərində keçirilən Festivallarda maraqlı sənət nümunələri ilə iştiraklar edərək Fəxri fərmanlar və diplomlarla mükafatlandırılıb.

Bu gün dekorativ-tətbiqi sənət nümunələrindən söhbət düşərkən Məhbubə Həsənova sənət nümunəsini böyük ecazkar bir aləm adlandırır. Xalq sənəti yaradıcılığı mənbəyi olaraq bu sənət növünün müasir dövrümüzlə uğrunlaşaraq, milli-mədəni irsimizin inkişaf mərhələlərini belə izah edir: “Dekorativ-tətbiqi sə­nət nümunələri ecazkar bir dün­yadır. Biz ömrü bo­yu daimi olaraq bu sə­nət əsərlərinin əha­təsin­də­yik. O həm də xalq sənə­tinin yara­dı­cılıq mənbəyidir. Bu sənət müx­­təlif dövrlərdə və cəmiy­yət­­lərdə həmişə öz mahiyyə­tini qoruyub saxlaya bil­ib. Təbii ki, müasir dövrümüzdə də bu sənət yaşamaqdadır. Ya­ra­dı­lan sənət əsərləri müasirliklə uyğunlaşaraq, öz dəyərli ye­rini tutmaqdadır. Hal-hazırda bu xalq sənəti çoxəsrlik ən­ənələri və milli-mədəni irsimizi bu gün də qoruyur, inkişaf etdirir, nəsildən-nəslə ötürərək, yaşadır. O, xalq yaradıcılığında gözəlliyin əsas ifadə vasitəsidir, təbiəti tərənnüm edən for­­ma, naxış və ornamentlərlə dolu bir gözəllik dün­ya­sıdır”.

Dekorativ-tətbiqi sənət, qarışıq texnikası ustası olan Məhbubə Həsənova bu gün də öz yaradıcılıq axtarışlarını genişləndirməklə onu inkişaf etdirir. Yaradıcılıq axtarışlarında bəsitliyə və təkrarçılığa yol verməyən sənətkar hər zaman bu uğurları sənətinə olan ilham sevgisi ilə əlaqələndirir. Elə buna görə də sənətinə olan vurğunluğunu daxili aləmində axtararaq deyir: “Yaradıcılıq insan daxilində onun mənəvi alə­mini daha da gözəlləşdirir. Sözsüz ki, hər bir sənət əsə­rimdə daxili aləmim, düşüncələrim, fikirlərim əks olunur. Sadəcə, onu duymaq, bu aləmə diqqətlə nəzər yetirmək kifayətdir ki, bu əsərlərdə mənim sənətimin mənəvi aləminə səyahət edə biləsən”.

Hər zaman qədim tarixə malik olan və xalq sənətinin ən geniş yayılmış növü kimi tanınan xalçaçılıq sənəti Azərbaycan xalqının məişətində özünəməxsus yer tutmaqla yanaşı xalqımızın milli-mənəvi rəmzi olaraq tanınır. Müxtəlif naxış və təsvirlərlə bəzədilən xovlu xalçalar vaxtilə çadırların, alaçıqların, habelə yaşayış evlərinin bəzəyi olub, yüksək estetik əhəmiyyət kəsb edib. Bu gün xovlu xalça elementlərinin toxunuş və çalarlarını öz sənətkarlıq yaradıcılığında yaşadan Məhbubə Həsənova bu sənətin sirlərini məhz Şəki ustalarından öyrəndiyini deyir. Onun böyük həvəslə toxuduğu Mirzə Şəfi (80x40, xovlu tikmə), Natirmort (40x70, xoflu tikmə) kimi əsərləri yaradıcılıq uğurlarından xəbər verir.

İstedadlı sənətkar Məhbubə Həsənova öz yaradıcılığı ilə milli-mənəvi dəyər­lə­ri­mizi yaşadan və bu dəyərləri yaratdığı əsərlərdə insan­lara aşılayan sənətkar olmaqla yanaşı gənc istedadlı rəssamların yetişməsində də böyük əzimkarlıqla çalışır. Öz yaradıcılığı ilə mənəvi-əxlaqi, vətənpərvərlik keyfiyyətlərinin formalaşdırılması, milli-mənəvi dəyərlərin inkişafı və inikası onun sənət amalı olaraq diqqəti hər zaman cəlb edir. Bu gün yetişdirdiyi gənc rəssamların uğurlarından söhbət düşərkən onların dekorativ-tətbiqi sənətə olan maraqları haqqında könüldolusu danışır: “Bacarıqlı uşaqların əksəriyyəti həyat yolu axtarışında məhz bu sənəti seçir, gələcəkdə həyatını bu sənətə həsr etməyə can atır. Hər zaman onlarla işləyəndə görürəm ki, hər birinin ayrı-ayrılıqda yaratmağa xüsusi bir həvəsləri var. Dekorativ-tət­biqi sənət uşaqları daha çox düşünməyə, daha gözəl əl işləri yarat­mağa sövq edir. Bu onlarda başqa bir daxili tələbat eləcə də gözəllik yaratmaq qədər maraqlı olur”.

Ömrünün 60-cı baharına qədəm qoyan dekorativ-tətbiqi sənət, qarışıq texnikası ustası olan Məhbubə Həsənovanın yaradıcılıq axtarışları tükənmir, əksinə daha böyük uğurlara imza ataraq inkişaf mərhələlərində yaşayır.


Anar Burcəliyev

Teatrşünas-tənqidçi