adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Noyabr 2021 15:54
1745
GÜNDƏM
A- A+

Şuşanın YUNESKO-ya daxil etməsi təklifi erməniləri dəli elədi: Ermənistan XİN-dən gülünc bəyanat

Yəqin ki, bilirsiniz: Azərbaycan Şuşanın YUNESKO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilməsini təklif edir. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.


2021-ci ilin noyabrında siyahıya “qastronomiya” mövzusunda Lənkəranın və digər 49 şəhərin şəbəkəyə daxil edilməsi haqqında qərar qəbul olunub. Ümumiyyətlə, şəbəkəyə dünyanın 90 ölkəsindən 295 şəhər daxildir. Qeyd olunur ki, Bakı 2019-cu ildən “dizayn”, Şəki isə 2017-ci ildən “usta və sənətkarlıq” mövzusu üzrə şəbəkəyə daxil edilib.

 

Adalet.az xəbər verir ki, Azərbaycanın bu addımı erməni mediasında da tirajlandı və erməni ictimaiyyətində soyuq duş effekti yaratdı. Məsələyə etiraz bəyanatı Ermənistan XİN –dən gəlib. Bəyanatda ermənilərin  “Şuşi” ağlaşması da öz yerini tapıb. “Azərbaycanın nəzarətinə keçən Artsax ərazisində erməni mədəni və dini dəyərlərinin lazımi qaydada qorunub saxlanması məsələsi idarənin diqqət mərkəzindədir” 
Təbiətən qeyri-ciddi olan ermənilər  ciddi danışmağa çalışsalarda gülünc və absurd açıqlamadan hiss olunur ki, yaxın zamanda, “Artsax”, “Şuşi”  ermənilər üçün arxaik söz yığınına çevriləcək.  
 Yazını  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, fövqəladə və səlahiyyətli səfir Fərid Şəfiyevin bir fikri ilə bitirməyi lazım bildim:” Bir faktı – Şuşaya Şuşi deməklərini götürək. Ermənilər Şuşaya heç vaxt Şuşi deməyiblər. Tarixi sənədlərə, kitablara baxdıqda onların hər zaman Şuşa dediklərini görə bilərik. Sovet Ermənistanında buraxılan ədəbiyyatlarda Şuşa yazılıb. Həmin kitabların bəziləri internetdə var. 1960-70-ci illərdə yazılan kitablarda Şuşa yazılıb. Yalnız 1992-ci ildən sonra ermənilər şəhərə Şuşi deməyə başlayıblar. Ermənilər Qarabağa Artsax deyirlər. Tarixi sənədlərdə bu sözü görmək olar. Amma Şuşi sözünə rast gəlmək mümkün deyil. Onsuz da Şuşa şəhəri XVIII əsrdə salınıb. Ermənilər özləri də 200 il şəhəri Şuşa adlandırıblar. Şuşi yeni bir sözdür”


 Şuşa  Artsax  Qarabağdır! Qarabağ Azərbaycandır!


 Əntiqə Rəşid