adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Noyabr 2021 11:54
923
ELM VƏ TƏHSİL
A- A+

Bu universitetin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub

Tədris başlayandan indiyə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 100-ə yaxın tələbə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Bu barədə Adalet.az-a ADPU-nun mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov bildirib.

Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib.

"Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb"-, deyə o qeyd edib.