adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
09 Noyabr 2021 11:00
1928
ŞOU-BİZNES
A- A+

 Qondarma "Artsax"ın “başçı”sını öpüşlərə qərq edən Rüstəm Muradov  Qarabağa gəlir

Yəqin ki, unutmamısınız, Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrinin keçmiş komandanı general Rüstəm Muradov Qarabağa yerləşdiyi gündən ermənilərə olan böyük sevgisini sərgiləməkdən usanmayıb.

"Dağlıq Qarabağ” ərazisində qondarma respublikasının prezidenti ilə görüşlər keçirmək, “başçını” qucaqlayıb marça-marçla öpmək, yerli sakinlərə qayğı göstərmək, erməni silahlılarının ərazidən çıxarılması məsələsinə göz yummaq kimi 10 noyabr razılaşmasının şərtlərinə uyğun olmayan işlərə imza atdı. Onun canfəşanlığını bir də Bakıdakı erməni əsirlərin İrəvana qaytarılması prosesində gördük. Həmin vaxt artıq Muradov işindən ayrılmışdı və bu missiyanı başqası da yerinə yetirə bilərdi. Muradovun ”ermənipərəst mövqeyi”burda da özünü göstərdi.

Muradov yenidən “efirdə”

 


 Rusiya sülhməramlıları Qarabağda yerləşdirilmələrinin ildönümü münasibətilə böyük tədbir keçirməyi planlaşdırırlar.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Rusiya Müdafiə Nazirliyi təxminən 200 medal hazırlayıb və onları Cənub Hərb Dairəsinin komandan müavini Rüstəm Muradov gətirəcək. Fərqlənən hərbçilər medallarla təltif olunacaq”, - məlumatda qeyd olunub.
Məlumata görə, Muradov bu gün Ermənistana, sabah isə mükafatların verilmə mərasiminin keçiriləcəyi Qarabağa yollanacaq.

P.S. Maraqlıdır, görəsən bu dəfə də Rüstəm Muradov Arayiki  öpüşlərə qərq edəcək?

 Əntiqə Rəşid