SON DƏQİQƏ:

AST Telmanın  nəvələri  aclıqdan əziyyət çəkir

  244   |  
Şriftin ölçüsü  

Azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılovun keçmiş qeyri-rəsmi nikahlı həyat yoldaşı Yekaterina Romanova içkiyə qurşanıb.

Bu barədə aparıcı Andrey Malaxovun “Pryamoy efir” (“Прямой эфир”) tok-şousunda danışılıb.

Verilişdə Y. Romanovanın Kalujsk vilayətinin Borovsk şəhərindəki mənzilindən görüntülər nümayiş etdirilib. Məlum olub ki, qadın hədsiz çox içməyə başlayıb və buna görə çox utanır:

“Anam çox içirdi, amma mən onu qovdum. Qorxurdum ki, bunun hamısını uşaqlar görür. Onda mən belə içmirdim. Düşünürəm ki, Allah məni anamı qovduğuma və onun öldüyünə görə cəzalandırır. Mənim başqa heç kimim yoxdur. Ruslana (qadının qızı-red.) öz həyatını yaşayır, özümü burada tək hiss edirəm. Alkoqol göz yaşlarının çıxmasına kömək edir, işsiz qalandan içməyə başladım. Kommunal borclarım var, bəzən uşağa verməyə yemək tapmıram. Məni ölümə aparan dəhşətli vəziyyətdəyəm. Ölmək istəmirəm, övladlarımın xoşbəxt olmağını istəyirəm. Mən çox utanıram, bu problemdən (alkoqol asılılığı-red.) qurtulmaq istəyirəm. Bu, əsas problemdir. Mənə narkoloji kömək lazımdır”.  

Y. Romanovanın qızı Ruslana isə deyib ki, DNT testi vasitəsilə Sərxan İsmayılovla qohumluq əlaqəsi təsdiqlənəndən sonra (oliqarxın oğlu və Yekaterina Romanova arasında rəsmi nikah olmayıb-red.) miras üstündə mübarizə aparmağa başlayacaq. Efirdə o da qeyd olunub ki, Ruslananın beş yaşı olarkən atası ona qırmızı “Bentley” hədiyyə edib. Lakin ananın sözlərinə görə, Sərxan avtomobili qumarda uduzub.

Y. Romanova, həmçinin keçmiş qayınatası Telman İsmayılovla bağlı danışıb: “Ona bir insan kimi yazığım gəlir. Əgər məhkəmə olsa, qızımla gedəcəyəm. O, onu dəstəkləmək niyyətindədir, bəlkə, heç olmasa bu yolla babası ilə görüşə bilər”. Qadın T. İsmayılovu günahkar hesab etdiyini, lakin insan kimi ona yazığı gəldiyini qeyd edib, çünki sonuncu onun övladları – qızı Ruslana və oğlu Davidin babasıdır.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04
2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK