adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Oktyabr 2021 11:13
1050
DÜNYA
A- A+

Boko Harama qarşı əməliyyat: xeyli terrorçu məhv edildi

Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatına qarşı əməliyyat keçirilib.

Adalet.az xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü Edvard Qabkvet məlumat verib.

Onun sözlərinə görə, Nigeriya ordusu Çad gölü ərazisində terrorçulara hava zərbələri endirib. Əməliyyat nəticəsində terror təşkilatının düşərgəsi dağıdılıb, xeyli terrorçu məhv edilib.