adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2026 12:20
80
ƏDƏBİYYAT
A- A+

Xalq şairi: “Müasir gəncliklə qürur duyuram...”

“Geriyə baxanda heç nə üçün heyf demirəm. Heç nə üçün kaş demirəm.  Nə peşmanlıq hissi çəkirəm, nə də heyifsilənirəm.  Başımıza nə gəlibsə, Allahın qismətidir. Heç nə səbəbsiz baş vermir. Vacib olan odur ki, insan mənalı ömür yaşasın. Mənalı ömür yaşamaq üçün də insan mərd olmalıdır. Mərdlik ən yüksək insani keyfiyyətdir”.

Bu sözləri Adalet.az-a açıqlamasında  yaxın günlərdə  81 yaşını qeyd edən Xalq şairi Vahid Əziz deyib:

“İnsan ömrün bu çağında  özünə  nə arzu edə bilər? Əlbəttə, sakit həyat, sağlam can, ölkəmizdə əmin- amanlıq olsun.  Məncə, bu arzuları bütün insanlar arzulayırlar. İnsan ömrü  enişli- yoxuşlu olanda mənalı olur. Hər çətinlik bir dərsdir. Qarşımıza çıxan yaxşı insanlar da, pis insanlar da  bizim imtahanımızdır.  Məncə, insanın ən böyük imtahanı da elə budur.  Paxıllıq, nankorluq ən pis xəstəlikdir. Bu xususiyyətlər  insanı məhv edir, cürüdür. Əksər hallarda ən sağalmaz  xəstəliklər  məhz  bu xüsusiyyətlərdən yaranır. 

Bizim gəncliyimiz Sovetlər dönəmini əhatə edirdi. Hər dövrün özünün  müsbət və mənfi tərəfləri olur. Müasir gənclik bizim yetişdirdiklərimzdir. Səhvi də, düzü də bizimdir. Əgər bu gün gənclərin hər hansı səhvi varsa, burda günahkar bizik. Demək ki, biz nəyisə doğru etməmişik. 

Müasir gəncliklə qürur duyuram.  Çünki bu gənclik prezidentimiz İlham Əliyevlə birlikdə  Qarabağı işğaldan azad etdilər. Xalq olaraq  o dövrün gəncliyi də ləyaqətli idi, müasir gənclik də ləyaqətlidir”. 

Əntiqə Kərimzadə