Rusiyanın ərazi tələbi danışıqları çətin vəziyyətə salır – Politoloq
“Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda Avropa İttifaqının da iştirak edəcək. Danışıqlarda həm Ukraynanın, həm də Rusiyanın təhlükəsizlik təminatları və müharibədən sonrakı münasibətləri müzakirə olunacaq”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, danışıqlar prosesində əsas problem olaraq ərazi məsələsi qalır:
“Rusiya Donbasın hazırda Ukraynanın nəzarətində olan ərazilərini də tələb edir. Təbii ki, Kiyev bu tələblə razılaşmır və ərazi güzəştlərinə getmək niyyətində olmadığını bildirir. Rusiyanın Ukraynanın nəzarətində olan ərazilərlə bağlı iddialarından geri çəkilməsi danışıqlar prosesində irəliləyişə və atəşkəs razılaşmasına imkan yarada bilər”.
Onun sözlərinə görə, Moskva danışıqlarda və sülhdə maraqlı olduğunu bəyan etsə də, ərazi tələblərinin davam etməsi prosesin irəliləməsinə mane olur:
“Eyni zamanda, bu tələblərin qəbul edilməsi gələcəkdə Rusiyanın yeni ərazi iddiaları irəli sürməsi üçün presedent yarada bilər. Bu baxımdan, Ukrayna və Avropa İttifaqının belə güzəştlərə münasibəti danışıqların taleyində mühüm rol oynayacaq. Digər tərəfdən, ərazilərin referendum yolu ilə Rusiyaya verilməsi və bunun müqabilində Ukraynanın NATO-ya üzvlüyünün gündəmə gətirilməsi variantı da Moskva tərəfindən qəbul edilmir. Ukrayna isə NATO-nun beşinci maddəsinə bənzər, konkret və etibarlı təhlükəsizlik təminatlarının əldə olunmasında maraqlıdır. Göründüyü kimi, danışıqlar prosesi müəyyən mənada dalandan çıxmaq istiqamətində irəliləsə də, Rusiyanın ərazi tələbləri əsas maneə olaraq qalır. Bu məsələdə ortaq mövqeyin əldə olunması atəşkəs və gələcək sülh razılaşmasının perspektivlərini müəyyən edəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Noyabr 2026 10:36
“Əgər atəşkəs uzanarsa, Çin məhsullarına qarşı rüsumların...”
26 Noyabr 2026 07:35
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
26 Noyabr 2026 07:34
Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuğa
25 Noyabr 2026 20:44
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb - YENİLƏNİB
25 Noyabr 2026 16:52
Kərim Vəliyev Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşdü
25 Noyabr 2026 15:40
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib
25 Noyabr 2026 14:02
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
25 Noyabr 2026 13:47


Bakı -°C

