adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2026 09:23
90
DÜNYA
A- A+

PUA iki ölkə arasında müharibənin başlanmasına səbəb ola bilər

Rusiya səfirinin Polşadan qovulması Moskva ilə münasibətlərin kəskin şəkildə pisləşməsinə və potensial olaraq hərbi münaqişəyə səbəb ola bilər.

Adalet.az xəbər verir ki, bu barədə Polşa Radiosunda respublikanın milli müdafiə nazirinin müavini Stanislav Vzentek bildirib.

Onun fikrincə, Moskva cavab tədbirləri görəcək və Varşava səfirliyi bağlanarsa, Rusiya daxilindəki vəziyyət barədə məlumat almaq imkanını itirəcək. Vzentek diplomatik əlaqələrin kəsilməsinin son çarə olaraq qalmalı olduğunu vurğulayıb. 

Nazir müavini həmçinin Rusiya raketlərinin Ukrayna hava məkanında ələ keçirilməsinin mümkünlüyü məsələsini də qaldırıb. O, belə bir qərarın NATO səviyyəsində razılaşdırılmalı olduğunu bildirib. 

Vzentek qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Moskva ilə münasibətlərin gərginləşməsindən qaçmağa çalışır. 

Xatırladaq ki, noyabrın 20-də Polşa hakimiyyəti Lyublin və Podkarpatski voyevodluqlarında hava məkanının pozulması barədə məlumat yayıb. Daha sonra media Ukrayna sərhədindən 46 km aralıda yerləşən Noviy Lipovets kəndində naməlum PUA qəzasının olduğunu açıqlayıb.