adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2026 09:22
60
DÜNYA
A- A+

Tehrana hücumun yeni görüntüləri yayıldı - VİDEO

ABŞ və İsrailin mart ayında İranın paytaxtı Tehrandakı Mehrabad hava limanına endirdiyi zərbələrin indiyədək yayımlanmamış yeni görüntüləri üzə çıxıb.

Adalet.az xəbər verir ki, hadisədən təxminən səkkiz ay sonra yayılan kadrlarda hava limanındakı dağıntılar və təyyarələrin alov içində qalması əks olunub.

Məlumata görə, zərbələr nəticəsində İrana məxsus iki sərnişin təyyarəsi - uzaqmənzilli, dördmühərrikli “Airbus A340” və ikimühərrikli “Airbus A321” tamamilə məhv edilib.