Tramp və Rütte Ukrayna və İranı müzakirə ediblər
ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte Floridada Amerikalı liderin Mar-a-Laqodakı iqamətgahında keçirdikləri görüşdə Ukrayna münaqişəsinin nizamlanmasını və İran ətrafındakı vəziyyəti müzakirə ediblər.
Adalet.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı birgə bəyanatda bildirilib.
"Görüş çox məzmunlu olub. Əsas müzakirə mövzuları Rusiya-Ukrayna müharibəsi, İrandakı münaqişə, həmçinin Haaqa və Ankarada keçirilən sammitlərdə birlikdə əldə etdiyimiz rekord nailiyyətlər olub", – deyə bəyanatda qeyd olunub.
Tramp və Rütte Rusiyanın müharibəni qəsdən və ya bilmədən genişləndirə biləcək hər hansı addım atmasının qarşısının alınmasının, eləcə də mümkün qədər tez sülh yolu ilə nizamlanmaya nail olmağın vacibliyini də müzakirə ediblər.
Digər Xəbərlər
26 Noyabr 2026 07:54
Pentaqon süni intellekti zirehli texnikaya və dəniz dronlarına inteqrasiya etməyi planlaşdırır
26 Noyabr 2026 07:45
9 il sonra mühacirətdən qayıdır - Əfv edildi
25 Noyabr 2026 21:23
Pezeşkian tələbələrin etirazından sonra səhnəni tərk etdi - VİDEO
25 Noyabr 2026 17:50


Bakı -°C

