adalet.az header logo
  • Bakı 7°C
23 Oktyabr 2021 12:40
1888
DÜNYA
A- A+

Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır

Rusiyada son sutka ərzində 1 075 nəfər koronavirusdan vəfat edib.

Adalet.az-ın məlumatına görə, bu, pandemiya dövründə Rusiyada qeydə alınan ən yüksək göstərici olub.

Oktyabrın 21-də 1 064 nəfərin ölümü qeydə alınmışdı. Rusiyada bu günədək ölənlərin sayı isə 229 528 nəfərə çatıb.

Eyni zamanda ölkədə son sutkada 37 678 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövründə qeydə alınan rekord göstərici olub.

Bu günədək yoluxanların sayı 8,2 milyon nəfəri ötüb.