SON DƏQİQƏ:

İbrahim Tatlısəsin yanındakı qadın kim? Özündən 43 yaş kiçik olan sevgilisimi?Təfərrüat...

  663   |  
Şriftin ölçüsü  

 Türkiyəli müğənni İbrahim Tatlısəs 69 yaşında 5-ci dəfə özündən 43 yaş kiçik sevgilisi Gülçin Karakaya  ailə həyatı qurduğunu hələ bu ilin may ayında “İbo Show” proqramında məlumat vermişdi. İ.Tatlıses verilişdə qonağı Ebru Yaşarın "Nikah bağlamısan" sözlərinə belə açıqlama gətirmişdi:

"Xoşbəxtəm, Gülçin mənə çox yaxşı baxır. Bu saatdan sonra heç kimə izahat verməyəcəyəm".

 Daha sonra açıqlamasının yanlış anlaşıldığını hiss edən sənətçi "Rəsmi nikahımız yoxdur. Bizimki könül evliliyidir" deyə açıqlamasına düzəliş etdi.

 Adalet.az xəbər veriir ki, sənətçi bir xanımla əl-ələ olan fotosunu paylaşıb. İzləyicilər xanımın əvvəllər Tatlısəsin “köməkçim” dediyi  sevgilisi Gülçin Karakayadır.

Qeyd edək ki, İbrahim Tatlısəs, ilk evliliyini Urfada Ədalət Durak ilə həyata keçirib.Cütlüyün 3 uşağı olub və onlar ayrılıb. 1979-cu ildə "Qara yaylıq” filmindətanışolduğu aktrisa Perihan Savaş ilə münasibətə başlayan Tatlısəs daha sonra onunla ailə həyatı qurub.Bu evlilikdən cütlüyün Mələk Zibeydə adlı qızı var.9 avqust 1984-cüiltarixli qəzetlərdə yer alan xəbər hamını təəccübləndirib. Xəbərdə yazılmışdı: "İbrahim Tatlıses tərəfindən qaçırıldıqdan sonra yeddi saat ərzində döyüldüyünü iddia edən aktrisa Perihan Savaş prokurorluğa müraciət edərək onun ruhi xəstə olduğunu bildirib və həbs olunmasını istəyib.P.Savaşın gözünün altının göyərdiyini, qaşının partladığını görüblər.Tatlısəs ifadəsində bildirib ki, o, qızımın anasıdır, sağda-solda gəzməyini kişi olaraq qüruruma sığışdırmadım”. Bundan sonra cütlük ayrılıb. 1983-cü ildə "Günah” filmini çəkərkən Dərya Tuna ilətanışolan Tatlısəsin ondan İdo (İbrahim) adlı bir oğlu var. Ancaq cütlük heç zaman ailə həyatı qurmayıb.

İbrahim Tatlısəs bir müddət məşhur rəqqas Asena ilə də eşq macərası yaşayıb.İbrahim Tatlısəs 27 sentyabr 2011-ci ildə xəstəxanada sürpriz şəkildə Ayşəgül Yıldızla ailə həyatı qurub.Tatlısəsin nikah şahidi Fatih Tərim olub.Cütlüyün Elif Ada adlı qızları var. Bu evlilik də uzun müddət davam etməyib və cütlük 29 noyabr 2013-cü ildə boşanıb. İ.Tatlısəs boşanma xəbəri ilə bağlı belə açıqlama verib: "Sevgili dostlarım, xahiş edirəm, bu mövzuda heçkimməndən heç nə soruşmasın.Bu, səhhətimlə əlaqəli aldığımız qərardır.Anlayış göstərin.Ayşəgül xanım Elifimin anasıdır, mənim də qiymətlimdir.Onun pis olmasını istəmirəm”.Bundan əlavə, İbrahim Tatlısəsin Dilan Çıtak adlı qızının olduğu da ortaya çıxıb.Dilan Çıtak illərdir İbrahim Tatlısəsin qızı olduğunu iddia etmişdi.Onun öz qızı olduğunu etiraf edən Tatlısəs "Əslini inkar edən bizdən sayılmaz”, - deyərək sosial mediadan sözünü demişdi.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK