Abdullah Öcalan İmralıda iqamətgaha köçürüldü - Foto
Türkiyənin DEM Partiyasının Şanlıurfa millət vəkili və İmralı heyətinin üzvü Mithat Sancar PKK lideri Abdullah Öcalanın İmralı adasında onun üçün hazırlanmış yeni iqamətgahına köçdüyünü açıqlayıb.
Adalet.az xəbər verir ki, Sancar bu barədə “Medya Haber TV”yə müsahibəsində danışıb.
O, Türkiyədə “Terrorsuz Türkiyə” adlandırılan Sülh və Demokratik Cəmiyyət Prosesi çərçivəsində əldə olunan nəticələri dəyərləndirib. Sancar Öcalanın yeni iqamətgaha köçməyə razılıq verməsinin proses baxımından əhəmiyyətli olduğunu bildirib.
“Öcalanın ora köçməyi qəbul etməsi prosesin sürətləndirilməsini tələb edir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, PKK lideri üçün İmralı adasında yeni yaşayış binasının tikilməsi barədə məlumatlar avqust ayında MHP sədri Dövlət Baxçalının açıqlamasından sonra gündəmə gəlmişdi. Baxçalı həmin vaxt Öcalanın “status istədiyi üçün” hələlik yeni evə köçməyə razılıq vermədiyini bildirmişdi.
Mithat Sancar isə həmin dövrdə Öcalanın köçməsi ilə bağlı yayılan məlumatları təkzib etmişdi.
Digər Xəbərlər
02 Noyabr 2026 09:36
ABŞ-də özəl təyyarə yerə çırpıldı, 9 ölü - Anbaan görüntülər
02 Noyabr 2026 09:26
Zelenski Ərdoğandan kömək istədi - Putinlə görüşmək üçün
01 Noyabr 2026 18:00
Frankfurt-na-Maynda 100-dən çox polis xəsarət alıb, 54 nəfər saxlanılıb
01 Noyabr 2026 17:55


Bakı -°C

