“Yaxın günlərdə İranda bu əraziyə nüvə zərbəsi endirilə bilər”
ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında yaxın bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə bilər.
Adalet.az xəbər verir ki, bu iddia ilə amerikalı jurnalist Taker Karlson “X” hesabındakı paylaşımda çıxış edib.
Jurnalistin sözlərinə görə, hücumun mümkün hədəfi İsrail kəşfiyyatının məlumatına əsasən İranın uranın zənginləşdirilməsi proqramını bərpa etdiyi güman edilən Pikaks dağı ola bilər.
Karlson qeyd edib ki, heç bir silah obyektin, demək olar ki, 100 metrlik müdafiə qatını aşa bilməz, buna görə də “yeganə variant nüvə zərbəsidir”. Onun sözlərinə görə, Netanyahu İsraildəki parlament seçkilərindən sonra yaranmış qeyri-sabit siyasi vəziyyətə görə buna nail olmağa çalışır.
Jurnalist bildirib ki, ABŞ lideri, ehtimal ki, hələ yekun qərar qəbul etməyib. Onun bu mövzuda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və Tehran ilə sülh sazişinin bağlanmasına meyilli olan xüsusi nümayəndə Stiven Uitkoff ilə məsləhətləşmələr apardığı bildirilir.
Digər Xəbərlər
02 Noyabr 2026 11:39
"Bu ərazilərə nəzarət erməni sərhədçilərə veriləcək" - Paşinyan
02 Noyabr 2026 09:36
ABŞ-də özəl təyyarə yerə çırpıldı, 9 ölü - Anbaan görüntülər
02 Noyabr 2026 09:26
Zelenski Ərdoğandan kömək istədi - Putinlə görüşmək üçün
02 Noyabr 2026 09:22
Abdullah Öcalan İmralıda iqamətgaha köçürüldü - Foto
01 Noyabr 2026 18:00
Frankfurt-na-Maynda 100-dən çox polis xəsarət alıb, 54 nəfər saxlanılıb
01 Noyabr 2026 17:55
Türkiyədə 87 qanunsuz miqrant saxlanıldı
01 Noyabr 2026 15:00
Qara dənizdə məsuliyyətli davranın - Ərdoğandan Rusiya və Ukraynaya çağırış
01 Noyabr 2026 13:53


Bakı -°C

