adalet.az header logo
  • Bakı -°C
02 Noyabr 2026 09:36
72
DÜNYA
A- A+

ABŞ-də özəl təyyarə yerə çırpıldı, 9 ölü - Anbaan görüntülər

ABŞ-nin Florida ştatında “Learjet 60” özəl biznes təyyarəsi qəzaya uğrayıb. 

Adalet.az “Associated Press”ə istinadən xəbər verir ki, Qrineykers şəhəri ərazisində yerə çırpılan təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı həlak olub. 

Texasda yerləşən Ostin-Berqstrom beynəlxalq hava limanından havaya qalxan təyyarənin Baham adalarına uçduğu bildirilir. Məlumata görə, təyyarə yerə çırpıldıqdan sonra güclü yanğın baş verib. 

Hadisənin hansı şəraitdə baş verdiyi və səbəbi araşdırılır.