Qara dənizdə məsuliyyətli davranın - Ərdoğandan Rusiya və Ukraynaya çağırış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı Qara dənizdə hərbi əməliyyatları dayandırmağa və məsuliyyətli davranmağa çağırıb.
Adalet.az “Al Jazeera"-ya istinadən xəbər verir ki, bu barədə o, İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. Məlumatı yayıb.
Ərdoğan qeyd edib ki, Qara dənizdə gərginliyi artıran addımlar heç kimin maraqlarına uyğun deyil.
“Bu hücumlara, onları kimin həyata keçirməsindən və hansı bəhanənin gətirilməsindən asılı olmayaraq, heç bir halda dözə bilmərik. Bütün tərəfləri bu məsələdə məsuliyyətli davranmağa çağırırıq”, – deyə Türkiyə prezidenti vurğulayıb.
Onun sözlərinə görə, Ankara Rusiya və Ukraynaya dənizdə döyüşlərin dayandırılması ilə bağlı təkliflər göndərsə də, tərəflərdən heç biri konkret addım atmayıb.
Zelenski isə oktyabrın 31-də Ərdoğanla Qara dənizdə “taxıl dəhlizi”nin fəaliyyəti istiqamətində əməkdaşlıq barədə razılığa gəldiklərini açıqlayıb.
Digər Xəbərlər
01 Noyabr 2026 18:00
Frankfurt-na-Maynda 100-dən çox polis xəsarət alıb, 54 nəfər saxlanılıb
01 Noyabr 2026 17:55
Türkiyədə 87 qanunsuz miqrant saxlanıldı
01 Noyabr 2026 13:53
Putinlə Türkiyədə görüşməyə hazıram - Zelenski
01 Noyabr 2026 11:33
Tramp Netanyahu ilə müzakirə apardı
31 Oktyabr 2026 17:05
Zelenski Türkiyədədir
31 Oktyabr 2026 15:54
Sərhəd tanımadan cavab verilməlidir - Xamenei səssizliyini pozdu
31 Oktyabr 2026 11:34
Trampın komandası bölündü: İrana hücum, yoxsa danışıqlar?
31 Oktyabr 2026 11:25


Bakı -°C

