adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
11 Oktyabr 2021 17:54
630
DÜNYA
A- A+

İraq kəşfiyyatından xüsusi əməliyyat: Bağdadinin müavini ələ keçdi

İraqın Baş naziri Mustafa əl-Kazımi İŞİD terror qruplaşmasının keçmiş lideri Əbubəkr əl-Bağdadinin müavini, maliyyə məsələlərinə nəzarət edən Sami Casimin saxlanıldığını açıqlayıb.

“Təhlükəsizlik qüvvələri ölkədə keçirilən parlament seçkilərini qoruduğu halda, onların kəşfiyyatda çalışan həmkarları İŞİD-in maliyyə məsələlərinə cavabdeh Sami Casimin tutulması üçün ən çətin əməliyyatlardan birini icra ediblər”, - deyə baş nazir bildirib.

Qeyd olunur ki, terrorçunun saxlanılması ilə bağlı əməliyyat ölkə xaricində həyata keçirilib.

TASS