İranın ilk prezidenti vəfat etdi
İranın ilk Prezidenti Əbülhəsən Bənisədr bu gün Parisdəki xəstəxanalardan birində 88 yaşında vəfat edib.
Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, məlumatı sabiq dövlət başçısının ailəsi yayıb.
O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Ə.Bənisədr 1979-cu ildə islam inqilabı nəticəsində iqtidara gələn ruhanilərin dəstəyilə 1980-ci ildə İranın ilk prezidenti seçilsə də, ona qarşı çıxan radikal islamçı zümrənin təzyiqilə elə növbəti il hakimiyyətdən gedib. O, ölkəni tərk etmək məcburiyyətində qalıb.
Sabiq Prezident Fransaya köçüb həyatının qalan hissəsini Parisdə yaşayıb.
Digər Xəbərlər
19 Aprel 2024 12:30
Delimitasiya komissiyasının erməni sədri özünə müşavir təyin etdi
19 Aprel 2024 11:12Rusiya Ukraynaya aviazərbələr endirdi - Ölənlər var
18 Aprel 2024 18:37ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18 Aprel 2024 18:09F-16 qırıcısı yaya qədər Ukraynaya verilə bilər
18 Aprel 2024 16:56