adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
01 Oktyabr 2021 11:40
876
DÜNYA
A- A+

Bülənt Ərsoy Türkiyə ilə savaşa başladı - "Haqlarımız uğrunda son nəfəsimə qədər mübarizə aparacağam”


Bülənt Ərsoyun Şimali Kiprdə bir oteldə konsert verəcəkdi. Orkestrın üzvləri ölkəyə saxta koronavirus testi ilə girdikləri üçün 1 aydır oteldə nəzarət altında tutulurdu. Məhkəməyə çıxan 21 musiqiçi haqqında həbs qərarı qəbul olundu. Həbsə göndərilən musiqiçilər üçün hökm 4 oktyabrda açıqlanacaq. Komandaya saxta sənədləri təmin edən Yılcay Takar və Mehmet Öz ilə otelin müdiri Süleyman Leventoğlu hərəsi 20 min lirə kəfalətlə sərbəst buraxılmışdı.

Adalet.az xəbər verir ki, baş verənlərdən sonra Bülənt Ərsoy İnstagram hesabından bu açıqlamanı paylaşıb:

“Ədalət hər kəs üçündür. Ədalət hər kəsdən üstündür. Ədalət qarşısında hamı bərabərdir. Bəs yaxşı, o zaman Kiprə mənimlə konsert verməyə gedən 21 musiqiçi dostlarımın əlinə verilən saxta PCR vərəqəsi alan adı keçən otelin hörmətli müdiri Süleyman bəyin və bu sənədləri təmin edən saxtakar həkimin heç günahı yoxdurmu ki, adanın içində əllərini, qollarını sallayaraq utanmaz-utanmaz gəzirlər?! Mənim çörək üçün birlikdə mübarizə apardığım sevgili dostlarım bugün əlləri qandallı həbsə atıldı. Sizin adanızda ədalət insana görəmi dəyişir?

Həyatım boyu ədalətsizliyə haqq vermədim. Özüm də iki dəfə həbsdə olmuşam. Heç kimdən də yardım dilənməmişəm. Çünki haqsız idim və günahkar idim. Cəzasını da çəkməkdə mükəlləf idim. Bu mövzu ilə bağlı bugünə qədər 21 dostuma mənfi fikir formalaşmasın deyə məhkəmələrində susdum. Onlarla sadəcə telefonla danışaraq gərəkdirsə maddi, gərəkdirsə mənəvi köməyimi, sevgimi, bağlılığımı hiss etdirməyə çalışdım. Ailələrinə maddi yardım etdim. Bir saz ifaçısı olan dostumun hamilə yoldaşını çox məşhur bir xəstəxanaya yerləşdirdim, doğum xərclərini qarşıladım. Hətta və hətta özləri yeni doğulan övladlarına mənim adımı verdilər. Mən bütün bunları edərkən yardımlarımı şouya çevirmədən, sağ əlin verdiyini sol əl görməməli tərbiyəsilə hərəkət etdim. Bu, həyatım boyunca da belə oldu.

Yəni qısası, əlimin çatdığı, gücümün yetdiyi qədər dostlarımın həmişə yanlarında oldum və olacağam da. Bugünə qədər də susdum, amma artıq bugün o qandalları əlləri gördükdən sonra haqq axtarmaq necə olurmuş, görəcəyik, görüşəcəyik. Əslində mən də bu mövzudan maddi və mənəvi olaraq son dərəcə ağır zərər və ziyan gördüm. Hələ də görməkdə davam edirəm. Mənəci acı və ziyana gəlincə, onun onsuz da qarşılığı yoxdur. Türkiyənin ən yaxşı vəkillərini tutdum. O adı keçən otelin müdiri Süleyman bəy o xəstəxananın həkimi və o qosqoca xəstəxananın özünün ədalət önündə sorğuya çəkilməsi üçün lazım olan hüquqi savaşı bütün sərvətim bahasına olsa da, aparacağam.

Ayrıca, bu savaşım sadəcə Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti hüdudları içində də qalmayacaq. Avropa İnsan Haqları Məhkəməsində də bu haqqım və haqlarımız uğrunda son nəfəsimə qədər mübarizə aparacağam”.

 

Eminquey