Amerikanlar Baydenə görə tərəfdaşlarını itirməkdən ehtiyat edir

Fox Newsin oxucuları AUKUS razılaşmasından sonra, ABŞ və Fransa arasında yaranan böhran vəziyyətini müzakirə edir. Bir çox komentatorlar Parislə Vaşinqton arasında yaranan böhran vəziyyətində, prezident Co Baydeni günahlandırırlar.
Mən düşünürdüm ki, Bayden bizim tərəfdaşlarımızla münasibətlərimizi daha da möhkəmləndirəcək. Lakin görünən odur ki, cəmi 9 ay ərzində bacardığı qədər bu məsələyə daha çox xələl gətirib. Əgər o, prezidentliyi müddədində axıradək qalsa, çox güman ki, bizim artıq tərəfdaşımız qalmayacaq"- deyə neverdemagain419 adlı oxucu bildirir.
Böhranın yaranmasında Fransanıda günahlandıranlar var: "Fransa sualtı qayıq düzəldə bilmədiyi üçün Avstraliya ABŞ -a müraciət edib. Mən Baydenin fanatı olmasam da, hesab edirəm ki, günah Fransadadır"- deyə Darth Cad adlı birisi yazır.
Bir ay əvvəl Britaniya parlamenti Baydeni qoşunlarını Əfqanıstandan uğursiz şəkildə çıxardığına görə qınamışdı. İndi də Fransa ABŞ -dakı səfirini geri çağırır. Görünən odur ki, Bayden tərəfdaşlarının yanında amerikanın "nüfuzunu" qaldırmaqla məşğuldu. Bu gedişlə o, təkcə ABŞ-ı yox, həmçinin Avropanı da parçalamaq istəyir.
Fransanın xarici işlər naziri Jan-İv Le Drian tərəfdaşları - ABŞ və Avstraliyanı "arxadan zərbə" vurmaqda günahlandırdı.
Rüstəm Hacıyev
Digər Xəbərlər

Ukrayna vətəndaşları Rusiyaya vizasız gedəcək

Sülhməramlılar Qarabağdan gedəcək? - Peskovdan AÇIQLAMA

Numan Kurtulmuş Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir?

"Vaqner" yenidən Ukraynaya qayıdır

Sevgilisini qətlə yetirən şəxs Ukraynaya qarşı döyüşdüyü üçün həbsdən azad edildi - FOTOLAR

"Bu, bizə qarşı düşmənçilikdir" - Peskov
