adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2026 18:37
75
SAĞLAMLIQ
A- A+

Polad Həşimovun anasının son durumu açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova xəstəxanadan evə buraxılıb.

Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, 1949-cu il təvəllüdlü Səmayə Həşimovanın müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilib:

"Aparılan müalicə nəticəsində pasiyentin ümumi vəziyyəti stabilləşib. Həkim müayinəsindən sonra ambulator müalicəsini davam etdirmək üçün evə buraxılıb".

Xatırladaq ki, noyabrın 4-də S.Həşimovanın səhhətində ciddi problemlər yarandığı üçün, o, xəstəxanaya yerləşdirilib.