“Hazırda işğaldan azad olunan ərazilərimizdə 100 minə yaxın vətəndaşımız yaşayır”
“3 gün sonra Ağdam şəhəri günü qeyd olunacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən qədim Ağdam şəhəri indi Qafqazın aparıcı yaşayış məntəqələrindən birinə çevrilməkdədir:
“Zəfərdən sonra öz tarixinə yenidən qovuşan Ağdam öz doğma sakinlərini artıq qarşılamaqdadır. Zəfərdən sonra Ağdamda neçə nəfər məskunlaşıb? Zəfərdən sonra milli təhlükəsizliyimizin və müdafiə qabiliyyətimizin daha da gücləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə intensiv məskunlaşma əsas prioritetlərdən olmuşdur. Hazırda işğaldan azad olunan ərazilərimizdə 100 minə yaxın vətəndaşımız yaşayır, işləyir və təhsil alır. Onlardan 41213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Ən çox məskunlaşma isə Ağdam rayonunda qeydə alınıb. 8300 nəfər artıq bu rayonumuzda məskunlaşmışdır”.
Millət vəkilinin sözlərinə görə, Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib:
“Baş Plana əsasən, Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır.İnfrastrukturun formalaşması intensiv məskunlaşma üçün xüsusi zəmin yaratmaqdadır. Növbəti aylarda və eləcədə 2027-ci ildə Ağdam daxil olmaqla işğaldan azad olunan ərazilərimizdə kütləvi məskunlaşma olacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Noyabr 2026 10:29
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 08:02
Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salınıb
16 Noyabr 2026 22:34
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında - FOTOLAR
16 Noyabr 2026 21:59
Alyona Əliyeva “Sərhədsiz Uçuş” sərgisində - VİDEO
16 Noyabr 2026 16:26
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
16 Noyabr 2026 13:30
Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq - Proqnoz
16 Noyabr 2026 13:23
Leyla Əliyeva: “Hər bir qadın öz gücünə inansın”
16 Noyabr 2026 13:08


Bakı -°C

