adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2026 18:51
70
DÜNYA
A- A+

Hakan Fidan: Suriyanın ərazi bütövlüyü məsələsində həssasıq

Suriyanın ərazi bütövlüyünün qorunması Türkiyə üçün vacib məsələdir.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) başçısı Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında bildirib.

"Suriyanın ərazi bütövlüyü məsələsində həssasıq", - o deyib.

Türkiyə XİN rəhbəri Məkkə sazişinə yeni üzvlərin qoşulmasını istədiklərini ifadə edib: "Mövqeyimizin digər region ölkələri tərəfindən də bölüşülməsi vacibdir".

Görüşün digər mövzularından biri Suriyanın şimal-şərqində inteqrasiya prosesidir: "Artıq Türkiyədə, Suriyada və İraqda terrorun müzakirə mövzusuna çevrilməsi, hər kəsin sülh və əmin-amanlıq şəraitində siyasi gündəliyinə fokuslanması önəmlidir".