Husilər Səudiyyə Ərəbistanının neft kəmərinə hücum etdilər
Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəmərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səri “Al Masirah” telekanalına bildirib.
Onun sözlərinə görə, iki hücum zamanı ümumilikdə 5 PUA-dan istifadə olunub. Hücumların hədəfi Ər-Riyadın qərbində yerləşən neft kəmərinin 8 və 9 nömrəli nasos stansiyaları olub.
Qeyd edək ki, “Şərq-Qərb” neft kəməri Səudiyyə Ərəbistanının şərqindəki neft yataqlarını Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı ilə birləşdirir. Hücumların nəticələri və mümkün dağıntılar barədə hələlik məlumat verilməyib.
Xatırladaq ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında silahlı münaqişə 2014-cü ildən davam edir.
Digər Xəbərlər
18 Noyabr 2026 07:21
Rusiyaya işləyən amerikalı hərbçi ələ keçdi
18 Noyabr 2026 07:17
ABŞ hərbçiləri İrana müddəti bitmiş raketlər atıb
18 Noyabr 2026 07:01
Keçmiş pilot parlament sədri seçildi
18 Noyabr 2026 06:52
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
17 Noyabr 2026 23:22
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 19 nəfər ölüb - YENİLƏNİB
17 Noyabr 2026 22:12
Məkkə paktına üzv ölkələrin növbəti görüşü Almaniyada baş tutacaq - Hakan Fidan
17 Noyabr 2026 19:00
Şeybani: Türkiyədəki 700 mindən çox vətəndaşımız Suriyaya qayıdıb
17 Noyabr 2026 18:51


Bakı -°C

