adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Sentyabr 2021 15:10
1258
GÜNDƏM
A- A+

"Keçən il bu vaxt yuxumuza da girməzdi ki, bir ildən sonra Şuşada..." - Polad Bülbüloğlu

Keçən il bu vaxt yuxumuza da girməzdi ki, bir ildən sonra Şuşada Bülbülün ev-muzeyini bərpa edəcəyik, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyulacaq, Şuşada yüksək səviyyəli tədbirlər keçiriləcək. Mən çox şadam ki, musiqiçi dostlarım, bəstəkarlar, musiqişünaslar bu gün Şuşaya gəliblər. Bu, böyük bayramdır.

Adalet.az-ın məlumatına görə, bu sözləri sentyabrın 18-də jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Şuşaya gələn Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləyib.

Şuşaya səfər zamanı Bülbülün ev-muzeyinə də baş çəkən P.Bülbüloğlu deyib: “Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı. Evin iki divarı da çökmüşdü. Tale elə gətirdi ki, mən bura 2007-ci və 2019-cu illərdə gəlmişdim. 2007-ci ildə Şuşaya Fərhad Bədəlbəyli də gəlmişdi. Təbii ki, 2007-ci ildə tamam ayrı hisslər keçirirdik. Öz ata evini dağılmış halda görmək çox çətin bir sınaq idi... Allaha şükür ki, bu günü də gördük. Hörmətli Prezidentimizə dərin təşəkkürümüzü bildiririk”.