adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Sentyabr 2021 16:09
1737
ƏDƏBİYYAT
A- A+

Ələsgər Talıboğlunun şeirləri

Aşıq Ələsgər - 200

 

 

Olmuşam mən aşiq sözünə, Dədə.

 

Hələ yeniyetmə, məktəb yaşından

Olmuşam mən aşiq sözünə, Dədə.

Hər ülvi duyğunun, şirin kəlmənin

Düşmüşəm ləprinə, izinə, Dədə.

 

İlk eşq şərbətini səndən içmişəm.

Könlümə səpdiyin dəndən içmişəm...

Kim deyər uzaqdan gendən içmişəm.

Yanmışam çatdasın közüne, Dədə.

 

Axmışam sözünün axarı ilə,

Min şəhdi- şirəli baxarı ilə.

Zamana yön verən çıxarı ilə

Matam astarına, üzünə, Dədə.

 

Qalxdığın zirvəyə vurğun kəsildim,

Sənə xor baxana qırğın kəsildim.

Sözünün önündə durğun kəsildim,

Baxdım ilhamının gözünə, Dədə.

 

Sənət məbədinin dədəsi oldun.

Gözünün bəbəyi, didəsi oldun

Talıboğlu, şamı, ədası oldun,

Ondan könül verdim özünə, Dədə.

21.08.2021

 

Səndə Ələsgərsən, mən də Ələsgər

Ustad Dədə Ələsgərə

 

Ustadlar sultanı,ey böyük Dədə, Sən də Ələsgərsən,mən dəƏləsgər.Bu gün də,bax,sazasipərsən-sipər,Sən də Ələsgərsən,mən dəƏləsgər.

 

Sən uca zirvəsən,mən kiçik təpə, Sən dərin dəryasan,mənsə bir ləpə. Hopubsan qəlblərə sən qəlpə-qəlpə, Sən də Ələsgərsən,mən dəƏləsgər.

 

Sən sənət yolunda bir qara sal daş, Sənsiz saz dünyamız görünməzmi boş. Mən də sən qüdrətdə eh...olsaydım kaş, Sən də Ələsgərsən,mən dəƏləsgər.

 

Talıboğlu,hərbulaqdan su içməz,

Yadqumaşdan öz ruhuna don biçməz.Sənin kimi ustaddan da yan keçməz, Sən də Ələsgərsən,mən dəƏləsgər.

07.02.2016

 

 

Günlərin bir günündə

 

Günlərin bir günündə

var gücümü toplayıb,

könül açdım birinə.

"Yox”demədi gözləri

bir bayatı söylədi

mənə cavab yerinə:

"Qardaş atın nalıyam,

Üstün ipək xalıyam,

Qardaş,mənə yar demə,

Mən özgələr malıyam”.

Bunu duyduğum anda,

qəlbim qaynar qazanda,

pöşələndi,eh...bişdi...

Yadıma anındaca

ustad, böyük sənətkar

Dədə Ələsgər düşdü...

10.02.2019

 

Ruhum saz üstündə köklənib mənim

 

Çalın-çarpaz dağlar çəkilən sinəm,

Qəm ilə şumlanıb,ləklənib mənim.

Qorqud qopuzundan yoğrulub mayam,

Ruhum saz üstündə köklənib mənim.

 

Ana laylasına hopub gəlibdi,

Ağıdan,nəğmədən qopub gəlibdi.

Nə qədər yağıdan sapıb gəlibdi,

Ruhum saz üstündə köklənib mənim.

 

Əvvəl-əvvəl neçə canda yaşayıb,

Daha sonra qəlbdə,qanda yaşayıb.

Köksümüzdə,din-imanda yaşayıb,

Ruhum saz üstündə köklənib mənim.

 

Köksləri sarsıdan bir aha dönüb,

Ürəkdə bir nurlu sabaha dönüb.

Türkün varlığında dərgaha dönüb,

Ruhum saz üstündə köklənib mənim.

 

Yunus Əmrə,Aşıq Veysəl köküydü,

Daşıdığı Türkün sevgi yüküydü.

Bu saz,Türkdən insanlığa görküydü,

Ruhum saz üstündə köklənib mənim.

 

 

Babalar nə yazsa saz dilindəydi,

Dirili Qurbanın öz dilindəydi,

Tufarqan Abbasın söz dilindəydi.

Ruhum saz üstündə köklənib mənim.

 

 

Coşar bulaq kimi damarda-qan da,

Dədə Ələsgərin ruhu var onda.

Alqışlayar sazı bütün cahan da,

Ruhum saz üstündə köklənib mənim.

1-2 noyabr 2012