adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Sentyabr 2021 15:09
4103
MÜSAHİBƏ
A- A+

“Azərbaycan sülh istəyirsə, müharibəyə  hazır olmalıdır” - MÜSAHİBƏ

Caliber.az saytının Koreya Respublikası Hərbi Qüvvələrinin general-leytenantı Çun İn Bomla müsahibəsi

General-leytenant Çun İn Bom Koreya hərbi akademiyasında təhsil alıb. Koreya xüsusi təyinatlarının komandanı olub, 2016-cı ildə general-leytenant rütbəsilə təqaüdə çıxıb. General Çun ABŞ hərbi qüvvələrinin Virciniya və Pensilvaniyada yerləşən hərbi kolleclərinin hərbi strategiya üzrə maqistr dərəcəsinə yiyələnib. General Çun həmçinin Koreyanın Kennam Universitetin siyasi elmlər namizədidir.O, Brukinq institunun və Corciya Texnoloji universitetinin Sem-Nanna beynəlxalq əlaqələr məktəbinin elmi işçisi olub. General Çun 2004-cü ildə Koreyanın İraqdakı missiyasın rəhbərlik edib, orada birgə əməliyyatların keçirilməsində böyük təcrübə toplayıb, həmçinin BMT-nin barışıq üzrə Hərbi komissiyasında, rəhbər üzv kimi iştirak edib. O, Koreya ordusunda Vyetnam nüharibəsindən sonara, ən titullu və sayılan hərbiçidir. General Çun İn Bom, ABŞ-ın bürünc ulduz, üç Fəxri Legion ordeni, həmçinin ABŞ-ın xüsusi əməliyyat Komandanlığının USSOCOM medalını almış yeganə koreyalıdır.

- 44 günlük müharibədə Azərbaycanın qazandığı qələbəni, dünyanın bir çox ölkələrinin hərbi ekspertləri, hərbi elmin inkişafının yeni mərhələsi adlandırdı. Azərbaycan silahlı qüvvələri kütləvi şəkildə pilotsuz uçuş aparatlarından və yeni texnologiyadan geniş istifadə etdi. Lakin buna baxmayaraq, Ermənistan hansısa revanş barədə sərsəmləyir. Hazırki vəziyyətdə bu mümkündürmü?

- Koreyada, Qarabağda gedən müharibəni çoxları izləyirdi. PUA-lardan və yeni müasir texnologiyalardan istifadə hərbi elmin inkişafının ən yaxşı nümunəsidir və etiraf etmək lazımdır ki, azərbaycan hərbiçilərinin pilotsuz aparatlardan peşəkərlıqla istifadə etməsi əla gediş idi. Amma mən də qiymət verməkdə ehtiyatlı olmalıyam, qeyd etməliyəm ki, sizin opponent məğlubiyyətdən dərs çıxardı və yaxın on ildə revanşa hazırlaşacaq. Azərbaycan bunu bilir və ona görə ehtiyatı əldən buraxmamağa çalışır.

- Ermənistan tərəfinin renaşından danışarkən, nəzərə almaq lazımdır ki, rəsmi Bakı daim sülh müqaviləsi bağlamağa çağırır. Sizin fikirinizcə Ermənistan nəyə görə bu messejləri qəbul etmir? Bəlkə, xarici qüvvələrin himayəsinə ümid edir?

- Sülhü həmişə alqışlamaq lazımdır, lakin yalnız axmaq kağız parçasına inanar. Köhnə məsəldir, “Si vis pacem para bellum” – sülh istəyirsənsə, müharibəyə hazır ol – bu əmin olmaq üçün yeganə prinsipdir. Yenə də azərbaycan və erməni xalqlarına sülh arzulayıram.

- Sizin fikirinizcə, Rusiya silahlarının Ermənistana verilməsi bu prinsipə əsaslanır?

- Rusiyanın erməni xalqıyla münasibətləri dərin tarixə malikdir və Moskva regionda güc balansının saxlanılmasında maraqlıdır. Hərbidə müdafiə və hücum strategiyası arasında cox incə məqam var. Rusiya Ermnistana müdafiə xarakterli silahlar verə bilər, lakin bu silahlardan asanlıqla hücum əməliyyatlarında da istifadə oluna bilər. Moskvanın niyyətlərindən asılı olmayaraq, qonşu Azərbaycan öz hərbi qüvvələrini inkişaf etdirir. Bu kədərli olsa da, qaşılmazdır.

- Sizə elə gəlmir ki, hələdə məğlubiyyətdən özünə gəlməyən Ermənistan, sadəcə növbəti məğlubiyyətə tab gətirə bilməyəcək?

- Mən, Azərbaycanı bu qələbə münasibətiylə təbrik edirəm, əgər siz sülhə nail olsanız belə, bu yalnız sizing uşaqlarınız üçün yeni müharibənin başlanığıcı olacaq. Azərbaycan qalib kimi, geniş ürəkli, Ermənistana qarşı əliaçıq olmalıdır. Azərbaycan və Ermənistan arasında davam edən deşmənçiliyin uzunillik tarixi sübut edir ki, bu cür yanaşmada sülh mümkün deyil. Mən yaxşı olacağına ümid edirəm, bu böyük çağırış ola bilər.

- Cənubi Koreya azad olunmuş Azərbaycan ərazilərinin bərpa olunmasında hansı formada iştirak edə bilər?

- Cənubi Koreya bir çox ölkələrdə sülhməramlı əməliyyatlarında iştirak edir. Bizim hərbişilərimiz Livanda və bir çox başqa ölkələrdə BMT sülhməramlılarının missiyasında iştirak edirlər. Bizim təcrübəmizə əsaslanaraq, Koreya Azərbaycana yolların, məktəblərin tikintisində, yerli hospitallarda çalışmaq üçün hərbi mühəndislər göndərə bilər. Koreyanın tikinti şirkətləri Qarabağda iri tikinti layihələrini həyata keçirə bilər.

- Və sonuncu sual, cənab general, Cənubi Koreya dünyada təkcə iqtisadi sahədə deyil, həmcinin hərbi sahədə də aparəcə mövqelərdədir. Cimali Koreyanın hərbi sənayesinin inkişafı göz qabağındadır. Azərbaycan da sürətlə öz hərbi potensialını artırır, başqa ölkələrlə əməkdaşlıq edərək hərbi texnikasını modernləşdirir. Necə düşünürsünüz, Azərbaycan öz hərbi qüvvələrinin gücləndirilməsində Koreya hərbi şirkətlərinin iştirakına ümid edə bilərmi?

- Bu çətin sualdı. Mən hesab edirəm ki, Cənubi Koreya nə Ermənistana, nə də Azərbaycana hücum imkanları vermək istəməz. Başqa bir tərəfdən, biz sülhü müdafiə edirik və stabilliyə və təhlükəsizliyə xidmət edə biləcək bütün avadanlıqları və texnologoyaları təqdim etməyə hazırıq.

Zaur Mehdiyev (Caliber az)

Rus dilindən təcümə:
Rüstəm Hacıyev