DİN-in elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşdi

Daxili İşlər Nazirliyinin süni intellekt və İT sahələri üzrə elan etdiyi təqaüd proqramının qalibləri müəyyən edilib.
Adalet.az xəbər verir ki, təqaüd proqramı böyük maraqla qarşılanıb və ilkin mərhələdə 8000-dən çox namizəd qeydiyyatdan keçirilib.
Namizədlər seçim kriteriyaları, imtahan və müsahibə mərhələlərindən uğurla keçərək müəyyən olundular.
Proqram çərçivəsində DİN-in dəstəyi ilə süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, məhsul sahibi (Product Owner), Linux əməliyyat sistemi, İT biznes analitikası və QA tester mühəndisliyi istiqamətləri üzrə ümumilikdə 200 nəfər üçün nəzərdə tutulmuş təqaüd proqramının qalib sayı iştirakçıların yüksək nəticələri və müsabiqəyə böyük marağın olması səbəbindən 134 nəfər artırılaraq 334 nəfərə yüksəldilib.
Qeyd edək ki, təqaüd proqramı çərçivəsində təlim xərclərinin 60%-i DİN tərəfindən qarşılanacaq. Daxili işlər orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan və təlimləri uğurla başa vuran şəxslərə Nazirlikdə işə qəbul imkanı yaradılacaq. Həmçinin DİN tərəfindən elan olunan bu kimi təqaüd proqramlarının gələcəkdə mütəmadi davam etdirilməsi planlaşdırılır.
Digər Xəbərlər
24 Oktyabr 2025 18:35 PA-da vətəndaş qəbulunun noyabr CƏDVƏLİ
24 Oktyabr 2025 17:38 Metrologiya İnstitutunun rəhbərliyinə təyinat oldu
24 Oktyabr 2025 17:26 Prezident SOMDA-ya yeni rəis təyin etdi
24 Oktyabr 2025 17:16 General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi
24 Oktyabr 2025 15:37 Azərsun AQTA yanında Məşvərət Şurasının çağırış kampaniyasına qoşuldu - VİDEO
24 Oktyabr 2025 09:41 Rövşən Rzayev iclas keçirdi - Bəzi məsələlər müzakirə edildi
23 Oktyabr 2025 17:10 Bu televiziyalara ayrılan vəsait azalır
23 Oktyabr 2025 17:03 

Bakı -°C 






