adalet.az header logo
  • Bakı -°C
24 Oktyabr 2025 16:29
356
DÜNYA
A- A+

Putinin nümayəndəsi danışıqlar üçün ABŞ-də səfərdədir

Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi məsələlər üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Tramp administrasiyasının rəsmiləri ilə görüşmək üçün ABŞ-a səfər edib.

Adalet.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr CNN-ə bildiriblər.

Mənbələrin dediyinə görə, səfərdə məqsəd ABŞ-Rusiya əlaqələri ilə bağlı müzakirələri davam etdirməkdir.

Qeyd edək ki, ABŞ Rusiyanın iki neft şirkətinə - “Rosneft” və “Lukoil”a sanksiyalar tətbiq edib.