24 Oktyabr 2025 18:02
82
DÜNYA

"İnformasiya hücumunun şahidi olduq" - Zaxarova

Qərb ölkələri Budapeştdə keçiriləcək Rusiya-Amerika görüşünün ləğvi ilə bağlı genişmiqyaslı informasiya kampaniyasına başlayıblar.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 8-ci Gənc Diplomatların Qlobal Forumunda bildirib.

"İndi, son bir neçə gündə Budapeştdə keçirilməsi nəzərdə tutulan danışıqlarla əlaqədar süni intellektdən tutmuş, ənənəvi mediaya və müxbirlərə qədər hər şeyi əhatə edən informasiya hücumunun şahidi olduq. Ölkələr razılığa gəlmiş və görüşə hazırlaşırdılar", - deyə o bildirib.

Onun sözlərinə görə, dünyanın hər yerində insanlar arasında hər şeyin ləğv olunacağı hissini yaradan informasiya kampaniyası başladılıb: "Qərar verməzdən əvvəl insanlar daxildə bu danışıqların lazımsız olduğuna, baş verməyəcəyinə, başına bir şeyin gələcəyinə razı olmalı idilər və bu, kütləvi şəkildə planetə yayılıb".