Ərdoğan:Rusiya–Ukrayna böhranının həlli üçün ev sahibliyi etməyə hazırıq

Türkiyə hər an Rusiya–Ukrayna böhranının həlli üçün ev sahibliyi etməyə hazırdır.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçgünlük Körfəz səfərindən sonra təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Rusiya–Ukrayna böhranının həlli üçün İstanbul formulunu dəyərləndirən Türkiyə lideri belə deyib:
"Biz hər an Rusiya–Ukrayna böhranının həlli üçün ev sahibliyi etməyə hazırıq. Biz bu müharibənin sona çatdırılması üçün hər cür dialoqun faydalı olacağını düşünürük. Ən başından bəri bunu müdafiə etdik, bunun üçün çalışdıq, ədalətli sülhün mümkün olduğunu ifadə etdik. Hər iki tərəflə də yaxşı münasibətlərimiz var və hər iki tərəfin də güvənini qazanmış bir ölkəyik. Bu, sülh yolunda bizə üstünlük təmin edir və bu vəziyyəti insanlığın xeyrinə istifadə etməkdə qətiyyətliyik".
Digər Xəbərlər
24 Oktyabr 2025 19:00 Zelenski Böyük Britaniya kralı ilə Ukraynadakı vəziyyəti müzakirə edib
24 Oktyabr 2025 18:43 Hakan Fidan TÜRKPA-nın Baş katibini qəbul etdi
24 Oktyabr 2025 18:02 "İnformasiya hücumunun şahidi olduq" - Zaxarova
24 Oktyabr 2025 17:07 

Bakı -°C 










