Yaxın günlərdə repetitorluqla bağlı təkliflərlə çıxış edəcəyik
"Repetitorluqla bağlı fikirlər söylənildi. Biz bu barədə təkliflərimizi hazırlamışıq, yaxın günlərdə bununla bağlı təkliflərlə çıxış edəcəyik".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
"Təhsil müəssisələrimizin optimallaşdırılması, müəllimlərimizin əməkhaqqı yükünün onların dərs saatlarına deyil, iş saatlarına uyğun olaraq müəyyən edilməsi kimi təkliflər, eyni zamanda repetitorlarla bağlı məsələyə də öz təsirini göstərəcək. Bu məsələni nə dərəcədə həll edə biləcəyik, indidən söyləməkdə çətinlik çəkirəm. Amma hesab edirəöm ki, buna təsir edəcək məsələlərdən biridir”, - nazir müavini bildirib.
Qeyd edək ki, deputat Ceyhun Məmmədov repititorluqla bağlı məsələ qaldırıb və bildirib ki, hətta sertifikasiyaya müraciət edən müəllimlər belə başqa müəllim yanına hazırlığa gedir.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

