SON DƏQİQƏ:

İNTERYERDƏ PORTRET - İradə Tuncay yazır

  1825   |  
Şriftin ölçüsü  

Əslində portret mürəkkəb  janrlardan biridir. Həm populyar, həm də peşəkarlıq tələb edən. Əvvəllər yalnız saraylarda çox  istifadə olunan, sonralar  daha  demokratikləşən, hamıya yaxın  ola  biləcək  bir  janr. Amma  nəzərə  alsaq ki, hər  kəsin  tanımadığı  bir sima  nə  qədər  maraq  doğura  bilər ki?  Deməli,  obraz  elə  seçilir ki, onu  hamı  həyatının bir  hissəsi  kimi qəbul  edir. Bu  da  əksər  hallarda saraylarda yaşayan, rəğbət  və ya nifrət qazanan kimsə ola  bilər. Sənətin müxtəlif növləri – ədəbiyyat da, təsviri sənət də məhz belə  məşhur obrazlara  müraciət  edib. Xatırlasaq üzü Renessansdan bu  tərəfə nə  qədər usta  müəlliflərin əsərləri var bu  janrda. ...İndi  isə  foto  da  qarışıb bu  çalışmalara. Mahiyyət eynidir – təsvir  olunan obyektin daxili və  xarici  xarakteristikasın dəqiq çatdırmaq. Görünən reallığı dəqiq  çatdırmaq.  Perspektivi çatdırmaq. Sosial mühiti, mənsub  olduğu zümrəni göstərə bilmək  və  bu zaman müəllifin təsvir etdiyi  obraza münasibəti də  aydın  görünəcək, ustalığı aydın bilinəcək. Xarakterin interpretasiyası, xarici  görkəmdən çıxış edərək mənəvi aləmə xitabı səslənəcək.  Ən məşhur  yazıçılar portret  janrında yazdıqları  ilə  ədəbiyyatda yer  tuta biliblər. Sveyqin, Moruanın əsərlərin xatırlayaq. Sveyq qadın obrazlarına daha çox  diqqət  edib – Mariya Styuart, Mariya -Antuanetta... Lider  qadınlar...

 

 

Qadın  olmaq... Qadın olmaq çətindir, bəs  lider olmaq? O da  çətindir. Qadın  lider olmaq? Ay  aman, müsibətdir.

... Bəs,  Şərq ölkəsində qadın olmaq, lider olmaq necə?  Cavab  verə bilmirəm...

Mehriban Əliyeva – ölkənin First Ladysi... Hamının  maraq  dairəsində olan bir  xanım...  Yəni  boğazdan yuxarı sözlər  deyil – həqiqətən belədir... Hər  zümrədən olan  insanların diqqət  mərkəzində - hər  kəsin öz  istəyi  var  ondan. Yaxın  tariximizdə tamam  yeni  bir  obrazdır – həm  siyasi anlamda, həm də  mənəvi...  Əslində bir  xarakteri açmaq üçün həmin adamın kənardakı insanlara necə  münasibətdə  olduğunu bilmək yetərli.  Necə  bilmək  olar?  Siyasi tərəfləri  qoyaq  bir  tərəfə -  mənəvi  anlamda  danışsaq???  İlk gözə dəyən mərhəmət hissi  olacaq.  Onun hakimiyyətdə  göstərdiyi performans məhz  bu  tərəfdən  açıldı. Mərhəmət!!!   Şəfqət!!!

 

Zövq... Bu da  daxili  keyfiyyətdir, heç  nə  ilə  alınan bir nəsnə  deyil. Məncə,  genetik  keyfiyyətdir. Sonradan  formalaşması çətin  prosesdir...

 

Daha  bir  genetik xüsusiyyət  isə  dünyada  gedən  mədəni  dəyişimləri  dərindən  bilməkdir.  Yazıçı  ailəsinə, söz aləminə  mənsub  olması da  çox problemlərə  münasibəti   göstərə  bilir. Hər  halda  mən  belə  düşünürəm. Və  sonra məmləkətin ən önəmli  adamının ailəsinə düşüb də  burda formalaşmaq. Maraqlı  taledir... Üstəlik də xarici  görkəmin də  belə  maraqlı  ola... Və  belə qarışıq dövrə  rast gələsən, belə dövrü  yönətmək  iqtidarın ola... Ailə bütünlükdə ölkənin azadlıq əsgəri oldu.  Qarabağın xilası səadəti nəsib oldu. Göz  önündə o  tarixin necə baş  verdiyini yaşadı... Əlbəttə, ona  həsəd aparanlar da çoxdur. Ayın görünməyən tərəfi də var axı –görünməyən  tərəfdə  isə ağrı-acı da  çoxdur... Nə  çətindi amma zərif  xanım vücudunda səni  əhatə  edən güclülərə  öz  iradəni  göstərə  biləsən...

Əslində  biz hər  hansı  tarixi  sima  haqqında  tam  həqiqəti  bilmirik – yəni  müasiri  olduğumuz simalar haqqında... Deyək ki, insan  haqqında  yazdığı  məktublar da  çox  həqiqətləri  danışır... Təəssüf  bunu  bilmirik... 

Amma  bildiklərimiz də  çoxdur – ölkədə  gedən  bütün  möhtəşəm tikintilər onun  imzasıyla  gedir. Bilirik  ki, bunları  Mehriban  xanım  edir... Monteneqroda görmüşəm, dağın  ətəyindən  çəkilən  yol  hündürdən   M  hərfiylə  görünür... Kraliçanın  adı  M  hərfiylə  başlanır.  Bəlkə  getdiyimiz  dağ  yollarında   bizim  Mehribanın da  öz  işarəsi  olsun?  O, bunu haqq  edib... Poetik, həyatsevər, isti  qammalarda  təqdim  edib  öz  portretini...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK