SON DƏQİQƏ:

Övlad itirmiş anaların göz yaşından utanın - Nicat NOVRUZOĞLU

  371945   |  
Şriftin ölçüsü  

Dünən Baş Prokurorluq məlumat yayıb. Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair həmin Xidmətdən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. İstintaqla Babayev Rövşən Əlixan oğlunun 08.11.2016-cı il tarixdən 08.05.2019-cu il tarixədək müddət ərzində SHXÇDX-nin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi vəzifəsində işləyərkən idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Hüseynov Yaşar Ağahüseyn oğlu (hazırda SHXÇDX-nin Xəzər rayon idarəsinin şöbə rəisi) və digər şəxslərlə birgə qanuni əsaslar olmadan 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsi müqabilində müxtəlif məbləğdə pul vəsaitini rüşvət qismində alması, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib. Rövşən Babayev və Yaşar Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Prokurorluğun təqdimatı əsasında məhkəmə tərəfindən Rövşən Babayev barəsində həbs, Yaşar Hüseynov barəsində isə vəzifədən kənarlaşdırma, eləcə də istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib”.

Doğurdan da bu əsl faciədir. Bunun ən pis tərəfi ondan ibarətdir ki, faciəni bizə yaşadanlar sapı bizdən olan baltalardı.

Mən evin bir övladıyam. Yadınıza düşərsə vaxtilə evin 1 övladlarını hərbi xidmətə aparmırdılar. 97-ci ildə ali təhsilimi bitirdikdən sonra baxmayaraq ki, dövlət bizlərə güzəşt edirdi qərara gəldim ki, gedim əsgərliyə. Yasamal rayonunun hərbi komissarlığında biləndə ki,  güzəştim ola-ola əsgərliyə getmək istəyirəm fikirləşdilər ki, yəqin hansısa marağı var və o üzdən hərbi bilet üçün əsgərliyə getmək istəyir. Bu üzdən bir az təmənnaları oldu. Mən də fikirləşdim ki, niyə də əsgərliyə getməyə görə pul verməliyəm ki?! O üzdən həmin dövr hərbi xidmətə yollanmadım. Elə ki, qanun dəyişildi və mənə çağırış göndərildi, baxamayaraq ki, artıq 29 yaşım var idi yollandım hərbi xidmətə. Hərçənd, o vaxt mən də hərbi xidmətdən yayınmaq üçün hansısa bir sənəd düzəldə bilərdim. Və bu gün də qəbul etdiyim qərara görə peşman deyiləm.

İndi bu məlumatı oxuyanda fikirləşirəm ki, 29 ildir ki, müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşı necə özünü pul verib hərbi xidmətə yararsız hesab etdirə bilir?! 29 ildir ki, müharibə şəraitində yaşayan bir ölkənin hərbi komissarı pul alıb sağ-salamat olan “eşşək” boyda gədələri necə hərbi xidmətə yararsız hesab edə bilər?! O hərbi biletlə evdə, çöldə necə gəzmək olar?! O saxta hərbi biletə görə aldığın pulla necə övladına oyuncaq tapanca ala bilərsən?! Sağında qazi, solunda şəhid qapısı olan bir məmləkətdə bu cür saxtakarlıq edənlər vətən xainindən betərdilər. Öz Vətənini, doğmalarını qorumamaq üçün pul verənlər, şərəfini və andını pula satanlar nə vaxt tükənəcək?

O şəhidlərimizin qanlı köynəyindən utanın, o yetim qalmış övladlarımızın qürurundan utanın, o övlad itirmiş anaların, ataların baxışlarından utanın, o yarını itirmiş bacılarımızın sevgisindən utanın, o Zəfərimizdən utanın. İşğaldan azad  olunmuş ərazilərimizə səfərlərində dünyaya sığmayan Prezidentimizin hərbi geyimindən utanın. Utanın ki, sizin də başınıza dəmir yumuruq dəyməsin.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK