SON DƏQİQƏ:

“Miranşah atdan yıxılıb beyni silkələnib” - Bəs niyə səsiniz çıxmır?

  128325   |  
Şriftin ölçüsü  

 

Dünən Ermənistan parlamentində deputatlara “Qarabağ – Ermənistandır?” sualı verildi, bir nəfərin belə səsi çıxmadı. Məsələ necə baş verdiyini Ermənistan mətbuatı yazır.
Ermənistan parlamentində  keçirilən qapalı iclas zamanı deputat Tiqran Abramyan Xarici əlaqələr komissiyasının rəhbəri vəzifəsinə namizəd, baş nazir aparatının sabiq rəhbəri Eduard Ağacanyana üz tutaraq sualla müraciət edib:
“Bir vaxtlar Nikol Paşinyan “Qarabağ – Ermənistandır” deyirdi. İndi bu sualla qarşınıza çıxıram. Siz necə düşünürsünüz, “Qarabağ – Ermənistandır?”. Ümumiyyətlə hamıya sual verirəm, cavab verin!”
Bu sualdan sonra iclas zalı sükuta qərq olub...

Miranşah

Yəqin ki, hamınız “Nəsimi” filminə baxmısınız. Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsimiyə həsr olunub. Burda bir səhnə var yuxarıdakı xəbəri oxuyanda yadıma düşdü. Deməli , Teymur Ləng oğlu Miranşahı ittiham edir ki döyüşmədin, vuruşmadın,başın qadınlarla kefə qarışd:” Əlincə qalasını ala bilmədin,ləyaqətini də orda itirdin”. Oğluna hücum edib onu yerə yıxır və az qala oğlunu döymək dərəcəsinə gəlir. Bu zaman Teymur Ləngin mirzəsi böyürdən "beqafıl" səslənir: "Hökmdar rəhm elə, Miranşah atdan yıxılıb, beyni silkələnib”.
Bilmirəm bəlkə sizə də elə gəlir, amma mənə dəqiq elə gəlir ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır”- deyəndə mirzə demiş atdan yıxılıb,   beyni silkələnib. 

Vallah mən, iddiamda israrlıyam... Sübut? Var!!

2020-ci ilin fevralını yadınıza salın: 
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri erməni baş nazir Nikol Paşinyanın iflasa uğrayan çıxışı ilə yadda qaldı.
Azərbaycan prezidenti İlham Əliyevin faktları qarşısında özünü itirən Paşinyan kəkələyə-kəkələyə qaldı. Hətta çaşan Nikol Paşinyan doğru fikir də səsləndirdi. 
Belə ki, o, çıxışında “Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın ərazisidir” deyib. Bundan sonra isə dərhal isə "üzr istəyirəm, Ermənistan" dyərək fikrini tamamlamağa çalışıb.
Mən deyirəmmi, Miranşah, yox e, Paşinyan atdan yıxılıb , beyni silkələnib, siz inanmırsınız.... 
Uzun sözün qısası, Rəşadətli Ordumuz Qarabağda, tikinti şirkətlərimiz orda tikirlər, qururlar, camaatımız, qadağalara, yasaqlara baxmadan oraları “su” yoluna döndərib. Indi durub-durub, beqafıl bu biçarə erməni deputatlarına belə sual verərlər? Susacaqlar də...Onlardan nə desən çıxar, bir dənə səsdən başqa... 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK