SON DƏQİQƏ:

Şəhidin "ad günü tortu"nu şirin ağızla yemək? Siz nə etdiyinizin fərqindəsiniz?

  59285   |  
Şriftin ölçüsü  

Bir çoxunuz bilirsiniz, mən 23 yaşında yeganə qardaşımı faciəli surətdə itirdim. Bir evin bir çırağı! 
Torpağa verilən gündən 40-na qədər ehsan qazanları ocağın üstündən düşmədi. Çünki, camaatımız pərən-pərən düşmüşdü, yasa hərə bir tərəfdən gəlirdi. Məcburda olsa onları ac buraxmamaq boynumuzun borcuydu. 2-ci səbəb də o idi ki, biz bir də hec vaxt ona   nişan,  "qurban payı" aparma, qız evinə xınayaxdıya getmək. toy  və bu kimi xeyirli məclislər etməyəcəkdik. Bu iki səbəbdən qeyd etdiyim kimi, qardaşımın  adına asılmış ehsan qazanları əskik olmadı.  Demək olar ki, hamını bir stakan da olsa çay icmədən, çorək kəsmədən evdən buraxmadıq.


 Biz iki bacıyıq.  Həmin o 40 gün müddətində hər ikimiz o qazanlardan bir tikə də ağzımıza qoymadıq. Bunu bütün qohum -əqraba , qonşular bilirdi.  Kim evində nə bişirdisə, lap elə sup da mütləq bizə bir boşqab gətirirdi. 
Bir kəndiçimiz vardı Qarabağ qazisi Mahirin anası rəhmətlik Nüşabə xala. Bir dəfə bizə əriştə kəsib sup bişirib gətirmişdi.  Ehsan qazanlarında badımcan dolması bişirilirdi, Biz iki baçı gözümüzün yaşı yeməyin içinə süzülə-süzülə  həmin supdan yeyirdik.


 Həmin vaxt kəndimizdən bir qadın bunu gördü.  Bizi danladı, dedi, bunun mənası yoxdu, yemək elə yeməkdi. Hələ bir əlavə də etdi ki, düşük olmayın, dolmadan yeyin. Təbii ki cavab vermədik. Sakitcə supumuzu yedik.


Aradan illər kecdi. bizi danlayan qadının cavan övladı rəhmətə getdi. Yasa mən də getdim. Maraqlı bir hadisənin də şahidi oldum orda ! Qadına nə qədər yalvar- yapış elədilər, o qadın balasının adına asılmış ehsan qazanından  gətirilən yeməyə əl vurmadı...və gözü qəflətən mənə sataşanda ucadan ağlamağa başladı...


İlk dəfə bu hadisəyə FB-da rast geldim. Vücudum titrədi.  Şəhid anasının, şəhid atasının əlinə bıçaq verilir ki, şəhidin fotosu vurulmuş  tortu kəssin!

Şəhid hamımızındı! Fəxrimiz, qürurumuzdu! Amma o o şəhid ailəsinin can parçasıdır! Biz yandığımızın yüz qatı qədər yanırlar ailədən gedən  o itkiyə, can parçasına! 


Görəsən bunu təşkil edənlər bala dərdi, qardaş, ata, həyat yoldaşı  dərdi yaşayıblarmı?! Əlaqədar orqanlar, xahiş edirəm kəsin, travmanın kökünü, qadağan edin! Dünyamızda olmayan birinin ad günü tortunu şirin -şirin də yemək nə demək?

 

 


 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK