SON DƏQİQƏ:

Əfqanıstan "qanlı çaydan" çıxa bilmirlər

  17115   |  
Şriftin ölçüsü  

Məhşur bir məsəl var, deyir, bir gün şeytan oğlu ilə çayın kənarıyla gedirmiş, görürlər ki, bir kişi çayın ortasında dayanıb qalan eşşəyini nə qədər itələyir, əlindəki çubuqla vurur, eşşək yerindən tərpənmir. Kişi, qan tər içində " ləhnət sənə şeytan" deyərək, naəlac qalıb. Şeytanın oğlu " ata, bax biz çayın kənatıyla, öz yolunuzla gedirik, o kişi niyə bizi lənətləyir?"- deyə soruşur. Seytan "oğul, sakit çayın kənarıyla getməyimizə baxma oğul,  barmağım eşşəyin dalındadı".

İndi, dünyanın "demokrayiya carçısı" sayılan ABŞ, guya tələm-tələsik qoşunlarını Əfqanıstandan çıxmasını bütün dünyaya nümayiş etdirməsinə  baxmayaraq, hələ də "barmağını" Əfqanıstandan çəkmək fikrində deyil.

The Wal Street jurnalı, mənbəələrinə əsasən yazır ki, Əfqanıstan hökuməti ABŞ -ın təyziqiylə Talibanın komandiri də başda olmaqla 5 min taliban yaraqlısını həbsxanadan azad edib.

Bu yaraqlılar da, azadlığa çıxmamışdan əvvəl, bir daha hökumət qüvvələrinə qarşı döyüşməyəcəklərinə söz versələr də, yenidən terrorçu taliblərlə birlikdə döyüşlərə qatılıblar.

Əslində, yaxın keçmişdə rus qoşunları Əfqanıstanı işğal etmək istədikləri vaxt, ABŞ guya "etirazçı tələbələrdən ibarət "Talliban" adlı müqavimət hərəkatı yaratmışdı. Və başdan -ayağa amerikan silahlarıyla silahlandırılmış bu hərəkat ( terrorçu hərəkat), rusların himayəsi altında olan hakimiyyətə qarşı mübarizə aparırdı. 

Sonra, ruslar əfqan xalqının iradəsini qıra bilməyəcəyini anlayınca, biabırçı şəkildə bu ölkəni tərk etmək məcburiyyətində qaldılar və uzun illər, ABŞ -ın "barmağının" təsiriylə, hökumət qüvvələriylə taliban yaraqlıları vətəndaş müharibəsi apardılar. "Sem dayı", bu müharibənin sonlanmasının tərəfində olmadığını hər iki tərəfə əl altından "yardım" etməklə uzatmağa başladl. Müəmmalı 11 sentyabr hadisələrindən sonra, guya "Əl-Kaidə"ylə mübarizə aparmaq üçün, Əfqanıstana qoşun yeritdi və uzun illərdi özünün yaratdığı taliblərə qarşı "müharibə" apardı. 

Dünyanın ən güclü hərbi texnologiyasına sahib olan, 750 miyard illik büdcəyə malik bir ordusunun, on illər ərzində hansısa tumanı cırıq taliban dəstələrinə qalib gələ bilməməsi, təbii ki, inandırıcı görünmür. Hələ,  İki-üç milyard hərbi büdcəyə malik Azərbaycan Ordusu, təpədən dırnağa qədər silahlanmış erməni quldurlarını 44 gün ərzində darbadağın etməyi bacardığı halda, ABŞ-ın on illərdi taliblərə qalib gələ bilməməməsi heç inandırıcı görünmür. Deməli "barmaq" məsələsi, bu müharibənin bitməsinin marağında deyil.

2020-ci ildə taliblərin "müqavimətini qıra bilməyən" ABŞ Talibanla guya "sülh müqaviləsi" bağladı və bu ilin may ayından qoşunlarını Əfqanıstandan çıxarmağa başladı. Amma yalnız canlı qüvvələrini cıxardı. Silah-sursatını, hərbi texnikasını hökumət qüvvələrinə deyil, taliblərə buraxaraq çıxdı. 

40 ildən çoxdur qanlı müharbələr içərisində yaşayan əfqan xalqı, bir tərəfdən işğalçı ordulara qarşı, bir tərəfdən də özləri- özlərinə qarşı vətəndaş müharibəsi çanağında yaşamaqdadır və "barmaqlar" bu ölkədən çəkilməyincə,  görünən odur ki, hələ uzun illər bu "qanlı çayın" ortasından çıxa bilməyəcəklər.

Rüstəm Hacıyev

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK