adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Avqust 2021 10:06
10713
ELM VƏ TƏHSİL
A- A+

Müəllim olmaq istəyən üç mindən çox namizəd təkrar imtahan verir

Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, bugünkü təkrar imtahanlarda 3 055 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4 091 nəfər müraciət edib.