SON DƏQİQƏ:

LAYLALI BULAĞIN LAYLASI”NDA... - Maşallah Məftun yazır

  20190   |  
Şriftin ölçüsü  

Mən əyər hər hansı qəzeti, jurnalı və yaxud bir kitabı oxumamışamsa, oxuduğum müddətdə o mənim üçün yenidir, təzədir. Bu yaxınlarda əlimə Hidayət Musabəylinin müəllifi olduğu bir kitabı düşdü "Laylalı bulaq”. "Nərgiz” nəşriyyatı, Bakı-2007, redaktoru Qəşəm İlqardır. Kitabda Qəşəm İlqarın və Məmməd Ellinin ön sözləri yer almışdır. Çalışdım ki, qələm dostlarımın müəllifin şerlərindən gətirdiyi nümunələrə fikir bildirməyim. Və onların yazılarını əvvəl oxumadım ki, müəlliflə və onun duyğularıyla özüm asudə tanış ola bilim.

Son günlər günün aktual problemləriylə bağlı qəzetlərə siyasi şərhlər yazdığım üçün xeyli müddətdir ədəbi aləmdən uzaqlaşmışam. Bilirəm ki, qədirbilən oxucularımız yəqin ki, apardığım təhlillə bağlı qusurum olarsa bağışlayacaqlar.

Kitabın içində olan şeirlərə mənim yanaşmam necədir? Kitab "Yalvarım!” şeriylə başlayır:

Sənintək gözəldən uman yerim var,

Cəllad olsan yenə aman yerim var,

İki qibləm, iki güman yerim var,

Bir Tanrıya, bir də sənə yalvarım.

Səmimidir, sevgidə cəllad da olur, çarəsizdə. Biz müəllifin gəldiyi qənaətə baxsaq cəllad sonradan sevən könlün qibləsinə çevrilir. Tarixdə cəlladı biz qan tökən, qan içən kimi tanımışıq, ona nifrət etmişik. Lakin şerin bu sonluğunda şair göstərir ki, sevgidə cəllad ola bilməz, sevgi bizim and yerimizdir. Burada müəllif mübahisə üçün də yer saxlayıb. Sevgi təkcə eşq macarası deyil ki, hər halda Vətən sevgisi də var, torpaq sevgisi də var, təbiət sevgisi də var. Tanrının yaratdığı sevgiyə yalvarma "sevirəm” sözünün və yanğısının birbaşa etirafıdır. Hər bir yaradıcı insan sevdiyi gözəli bir cür tərənnüm edir. XVİİİ əsrin böyük Aaərbaycan şairi Molla Pənah Vaqif Şuşada ilahi gözəlliyə yazdığı şerində gözələ yanaşma tamam başqadır:

Günəş təki hər çıxanda səhərdən,

Alırsan Vaqifin əqlini sərdən,

Duaçınam salma məni nəzərdən,

Əskik olmayasan sənadan pəri.

Böyük ustadımız Vaqifin bu qoşmasını XV111-ci əsrdə yazıb, gənc şair Hidatət Musabəyli XX əsrin 70-ci illərində. Şerin məlum olan hər iki parçasında yalvarışın son həddi göz önündədir. Və bu yalvarışlar demək olar ki, ikisi də yerindədir və səmimidir. Müxtəlif fərqli əsrlərdə meydana gəlmiş bu nümunələrdə həm ustad şairin. həm də gənc şairin istirabları, ah-naləsi, ürəkləri silkələyən lirik "mən” oxucunun ürəyini necə fəth etməsin?! Hər bir şair, aşiq, nəqqaş öz ustadından dərs almalıdır.

Şair daim haqqa, ədalətə, imana ümüd bağlayan Tanrı bəndəsidir. Daxilində özünün pirini, sultanını, hakimini, qəhrəmanını yaratmağı bacarmalıdır.

"Verib” şerində oxuyuruq:

Min bir əlac varmış ilan zəhrində,

Hərənin öz səmti ömür bəhrində,

Kasıba qisməti alın tərində,

Varlıya bəlanı zərində verib.

Bəlkə belə deyil əziz oxucular? Böyük şairimiz Mirzə Ələkbər Sabirin məzlumu, fəhləni tərənnüm edən, üsyankar, qan donduran misraları bəlkə yadımızda deyil, axı o şerlər orta məktəbdən bizim qanımıza, iliyimizə hopmuşdur. Düşünürəm ki, İlahi necə də bu günümüzlə səsləşır, elə bil ustadımız iyirmi birinci yüz illiyin birinci ilinin doqquzuncu ayında bu şeirləri yazıb. Min rəhmət olsun ulu Sabirimizə! Bilərəkdən ustadımızın şerindən misal çəkmirəm, istəmirəm Sabirin milli qəhrəmanlarının qaysaq bağlamış yaralarını mən təzədən qopardım.

"Verib” şeri maraq kəsb edir:

Şükür hikmətinə ulu Tanrının,

Hər nə ki,veribdi yerində verib.

Hər günü, saatı yazmayıb qara,

Birində verməyib, birində verib.

 

Bəlkə yüz məna var hər adi sözdə,

Varılmaz sirrinə, çalışsan yüzdə,

Lehməni dayazda, köpüyü üzdə,

Dürrü, mirvarini dərində verib.

Hidayət Musabəyli şerlərindən hiss olunur ki, ülfət-ünsiyyətə açıq insandır. Bu misralarda halal yolla qazanmadığı, var-dövlət yığanlara, başkəsənlərə, diştökənlərə, çənə sökənlərə şair sözünü deyir, yaxşı da deyir.

Şerin sonluğu belə qurtarır:

Ömür ötüb keçir qarda, boranda,

Bir tale hökmü var hər yarananda.

Aləmə qisməti xoş güzəranda,

Hidayətə dərdi-sərində verib.

Aşıq ədəbiyyatı- deyəndə birinci növbədə ağlımıza klassik aşıq poeziyası söz, saz, eləcə də qoşma, gəraylı, ustadlarımızdan Alılar, Qurbanlar, Abbaslar, , Ələsgərlər, ləyaqətli varisləri Dədə Şəmşir və adını çəkmədiyim ustadlar düşür. Onların qoşmaları, müxəmməsləri, təcnisləri, qıfılbəndləri, cinaslı rübailəri gözümüz önünə gəlir. Gözümüz önünə sinələrinə basdığı sədəfli sazın ürəyimizin şah damarına düşən telini çalan ustad aşıqlarımız gəlir.

 

"Ay sədəfli saz” qoşması bu qəbildən maraqlı misralarla ruhumuzu oxşayır:

İlahi sehri var incə səsində,

Qəlbə təsəllisən ən ağır gündə,

Həsrət ürəyimi tez-tez didəndə,

Gəl mənə qəmxar ol, ay sədəfli saz!

Bu məqamda mərhum aşıqımız Aşıq Ədaləti necə anmayasan? Ruhu şad olsun.

Yüz aləm yaşayır bircə telində,

Min ahəng var, həm bəmində, zilində,

Ömrümüz xərc olur dərd-qəm əlində,

Çoxdandır üzümə gülümsəmir yaz,

Gəl mənə qəmxar ol, ay sədəfli saz!

Ulu ozan sənətimizin ayrılmaz tərkib hissəsi olan saz sənəti eyni zamanda türk dünyasının, mənəviyyatının, mədəniyyətinin vacib elementlərindən biridir. Saz həmsöhbətimiz, dərd ortağımız olmaqla yanaşı həm də qəhrəmanlıqlarımızın hayqıran, ruhlandıran könül sirdaşımız, dostumuzdur. Hidayət Musabəylinin sədəfli sazla söhbətləşməsi, dərdləşməsi, qədim Oğuz saz sənətinə bir daha bağlılığını göstərir.

"Ləlvər” şerinə nəzər salaq:

Çiynində qardan yapıncı,

Nə gedibsən hüşa, Ləlvər.

Yoxsa dərdin ortaq düşüb,

Veribsən baş-başa, Ləlvər.

Borçalı, Qarayazı meşəsi, Ləlvər dağı... Türkün qədim bu yurd yerlərini kim tanımır? Sovet dönəmində Ləlvər dağının ətəklərində mis, əlvan metallar çıxarılırdı. Böyük mədənlər tikilmişdi, və orada mis və başqa dəmir filizləri emal edilirdi. "Ləl” sözü də elə oradan götürülmüşdür. Dağ elə özü də qədimdən "Ləlvər” adıyla məşhurdur. Ləlvər kəndi, Ləmbəli, Sadaxlı kəndlərinin yaylaqları elə birdir. Bu kəndlər elə Ləlvər dağının demək olar ki, ətəklərində yerləşir, qədim türk yurd yerləridir.

 

Bəxtim çöldən-çölə düşdü,

Qəm karvanım yola düşdü,

Daha iqbal belə düşdü,

Barı səni yaşa Ləlvər.

Dil baxımından Hidayət Musabəyli qoşmalarında köhnə sözlərimizə yeni ovqat qatır, sözün işlək mənasını yükləməyə çalışır. "Mənim dünyam” şeri bu baxımdan yadda qalandır:

Hanı o atalı, analı dünyam,

O minbir əsrarlı. mənalı dünyam?

Döndü bayatıya laylalı dünyam,

Qaytar, Allah, qaytar mənim dünyamı.

"Döndü bayatıya laylalı dünyam” misrasına nəzər salaq:

Məlümdur ki, Bayatı- Azərbaycan lirik xalq şeri janrına daxildir. Qafiyə sistemli, özünəməxsus prinsipləriylə yaranan dörd misralı, yeddi hecalı şeir şəklidir. O da məlumdur ki, arxaik şeir biçimlərindən yaranan Azərbaycan xalq ədəbiyyatında deyil bütövlükdə türk folklor etnoscoğrafiyasında geniş yayılmış formalardandır.(Bütün mənbələrdə belə göstərilir). Bayatının məşəcə bayatların adı ilə bağlı olduğu etimal edilir. Növündən aslı olmayaraq bayatılar ürək yanğısının, göz çeşməsinin, qürbət həsrətinin uzunömürlü ifadəsidir-desək folklorşünaslarımımz bizə irad tutmazlar. Son illərdə müasir Azərbaycan ədəbiyyatında müasir bəzi gənc şairlərimizin folklordan bəhrələnməsi tədqirə layiqdir. Soyumuzun, kökümüzün tarixini, yerini, məkanını köstərən ədəbi abidələr qurması anlamına gətirib çıxarır. Bu çox tədqirə layiq hadisədir. Əsas məsələdən uzaq düşməyərək fikrimi yekunlaşdırmaq istəyirəm ki, Hidayət Musabəyli bayatılarımızı, dastanlarımızı vaxtında oxuyub əxz etmişsə bu günün yersiz "modernist” bic təsiri bağışlayan başsız törtöküntülərdən deməli uzaqdır. Oxuyuruq:

Ömür də, həyat da bir ağı imiş,

Bu dünya qəm-qubar otağı imiş,

Dünya öz anamın qucağı imiş,

Qaytar, Allah, qaytar mənim dünyamı.

Şair burada dünyadan küsənlərə, dünyanı əyyaşlar səhnəsinə çevirmək istəyənlərə, "mən varam mən deyən olmalıdır”-deyən boşboğazlara, "dünyaa beş günlükdür” xülyasıyla yaşayan tiplərə, qəlbləri silkələyən güclü mesaj göndərir. "Dünya öz anamın qucağı imiş” deməklə şair zülmətə, zülmə, məzlumu basıb döyənlərə, olar-olmazını yeyənlərə bu gün hakimiyyətdə təmsil olunan betonlaşmış "büt”lərə sözünü açıq deməkdən çəkinmir. Rusbaşların, farsbaşların, fransızbaşların tüğyan etdiyi bir zamanda dünyanı dağıtmağa yönəlmiş zülmün xüsusi müəlliflərinə qarşı üsyan səsini qaldırır. Zülmətin zəncirini çeynəyən şair "Alasıdı” şerində yenə də haqqa, ədalətə, insanlığa qarşı çıxanlara sözünü deməkdə davam edir.

Şerə nəzər salaq:

Gördük Allah rizasını,

Heç tutmadıq qəzasını,

Hər kəs haqqın cəzasını,

Əvvəl-axır alasıdı.

Şer bu sonluqla bitir:

Ay Hidayər, haqqa güvən,

Peşiman olmaz onu sevən,

O deyilən məhşər-divan,

Olmalıdı, olasıdı!

Tanrıya sevgini başının tacı hesab edən, haqq, ədalətə güvənən şair oxucularını da bu istiqamətdə görmək istəyir.

Şair Hidayət Musabəyli haqqında son olaraq qənaətim bundan ibarətdi- yazdığı coğrafi məkanları yaxşı tanıyır, şeyir və qoşmalarında ideya-bədii dolğunluq yerində, şeirlərin axıcılığı yerində, təbiət təsvirlərindən tutmuş torpaq sevgili şerlərinədək zənginliyi ilə seçilir. Forma və məzmunca fərqli olsa belə diqqət çəkən şeirlərdir. Kişilik, mərdlik, saflıq, Vətən sevgisi kitabda gedən şeyirlərin əsas qayəsini təşkil edir. Şair qədim yurd yeri olan doğma elinə, kəndinə oranın füsunkar gözəlliyinə bağlı olan insandır. Hidayətdə yurda biganəlik, dosta laqeyidlik yoxdur. Hər vaxt oxucularının əhatəsində olan şairin nə qədər problemləri olsa da ömrünü könül xoşluğuyla yaşayan Tanrı bəndələrindəndir. Hidayət Musabəyli müstəqil Azərbaycan dövlətinə, millətinə bağlı olan şairdir. Ömrünün 65-ci baharını bu il qeyd edəcək qələm dostumuza can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

25 iyun 2021ci il.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK