10 Iyul 2025 13:11
126
DÜNYA

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələnərək qətlə yetirilib

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç bu gün səhər saatlarında Kiyevdə güllələnərək qətlə yetirilib.

Adalet.az UNN-ə istinadən xəbər verir ki, bu barədə keçmiş kəşfiyyatçı Roman Çervinski “Facebook”da bildirib.

Səsboğucu ilə təchiz olunmuş tapançadan İvan Voroniçə beş güllə atılıb.

O, çoxsaylı güllə yaraları nəticəsində hadisə yerində ölüb.