DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi müzakirə olundu
2025-ci ilin ilk 6 ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli Kollegiya iclasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri və antinarkotik təbliğatı da xüsusi diqqət mərkəzində olub.
DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, cəmiyyətin narkotiklərlə mübarizədə polislə həmrəyliyinə toxunan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu sahədə profilaktik və maarifləndirici tədbirlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, bütün şəxsi heyətə antinarkotik təbliğatın daha da genişləndirilməsi, gənclərin zərərli vərdişlərdən qorunması və ictimai yanaşmanın formalaşdırılması istiqamətində konkret tapşırıqlar və tövsiyələr verib.
Qeyd olunub ki, narkotiklərlə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda ictimaiyyətin də birgə səylərini tələb edən mühum bir məsələdir. Bu kontekstdə vətəndaş cəmiyyəti institutlarının, media nümayəndələrinin və ictimai fəalların bu sahədəki dəstəyi xüsusi önəm daşıyır.
Nazir, eyni zamanda, narkotiklərlə mübarizəyə dair təşəbbüslərdə aktiv iştirak edən jurnalistlərə, ictimaiyyət nümayəndələrinə və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə təşəkkürünü ifadə edib.
Eyni zamanda, o da diqqətə çatdırılıb ki, aidiyyəti qurumlarla birgə reabilitasiya mərkəzlərinin fəaliyyəti dəstəklənməli, süni maneələr yaradılmamalı, narkotik asılılığından əziyyət çəkən şəxslərin yenidən cəmiyyətə inteqrasiyası istiqamətində səmərəli addımlar atılmalıdır.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

