adalet.az header logo
  • Bakı 20°C
27 Iyul 2021 16:55
35868
HADİSƏ
A- A+

Bakıda “Maşın bazarı”nın yanında qumbara ilə özünü partladan şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub.

Adalet.az report-a istinadən xəbər verir ki, həmin şəxs Mingəçevir şəhər sakini Museyb Ələsgərovdur.

***

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

APA xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.

Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.