adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
27 Iyul 2021 08:26
52993
İDMAN
A- A+

Tokio-2020: Cüdoçumuz güləşməmiş qalib elan olundu

Azərbaycanlı cüdoçu Murad Fətiyev (-81 kq) Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Adalet.az xəbər verir ki, o, ilk görüşündə Syerra Leonenin bayraqdarı Frederik Harislə görüşməli olsa da, rəqibi tatamiyə çıxmayıb.

Nəticədə Murad güləşməmiş 1/8 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi Monqolustanı təmsil edən iranlı Səid Mollai olacaq.