SON DƏQİQƏ:

"Ordunun daxilində müxtəlif qruplara işləyən ordu komandanlıqları var" - Rey KƏRİMOĞLU

  24796   |  
Şriftin ölçüsü  

Tanınmış Qarabağ qazısı, jurnalist Rey Kərimoğlu son dövrlər Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı Adalet.az-a danışıb.

“Son dövrlər Azərbaycan-Ermənistan sərhədində, eləcə də Qarabağda atəşkəsin pozulması halları Ermənistan daxilində siyasi stabilliyin olmadığının nümunəsidir. Yəni Paşinyan hakimiyyəti içərisində ayrı-ayrı qüvvələr var və bu qüvvələr orduya da təsir edə bilirlər. Ordunun daxilində müxtəlif qruplara işləyən ordu komandanlıqları var, bu işi təşkil edən onlardır. Çox güman ki, Ermənistanın xeyrinə olmayan nəsə baş verən kimi bu qüvvələr atəşkəsi pozurlar.

Digər tərəfdən də Rusiyanın son dövrlər Ermənistanı atəşkəsdə ittiham etməsi, Ermənistandakı qərbmeyilli qüvvələrin aktivləşməsinə səbəb olur. Qərbmeyilli qüvvələrin də orduya təsiri şübhəsizdir. Bütün bunlar Ermənistan hakimiyyətinin müxtəlif qruplarının oynadığı oyundur. Amma bütün bunlar boş şeydir. Rəşadətli Ordumuz düşmənin layiqli cavabını verəcək.”


Rey Kərimoğlu Ermənistandakı siyası gərginlik barədə bildirib ki, Rusiya prezidenti Putin demişdi, əgər Ermənistan sazişi pozsa, bu, onların intiharı deməkdir. Yəni Ermənistan cəmiyyəti bilir ki, sülhsazişi imzalanmalıdır, Azərbaycanla Naxçıvanın quru yolu bərpa olunmalıdır, Zəngəzur dəhlizi işə düşməlidir. Ermənistanda kifayət qədər ciddi adamlar anlayırlar ki, bu, onlara da xeyli fayda verəcək və bu proseslərin məntiqi sonluğunun çevriliş olmadığını düşünürəm.

 

Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK