SON DƏQİQƏ:

Şimpanzedən ucuz olan insan

  60765   |  
Şriftin ölçüsü  

Vaşinqtonda bioetika ilə bağlı amerikan komissiyasının iclasında qalmaqallı faktlar ortaya çıxıb. Məlum olub ki, iyirminci əsrdə ABŞ-da insanlar üzərində müxtəlif təcrübələr aparılırmış. Hətta faşistlər üzərində qələbə də amerikalıları dayandırmayıb.

Adalet.az-ın məlumatına görə, Pittsburq universitetində bir tədqiqatın nəticələri və hesabatları tapılıb. Məlum olub ki, 1946-1948-ci illər arasında Qvatemala sakini bilərəkdən cindi infeksiyaya yoluxdurulub ki, həmin xəstəliyin müalicəsi üçün antibiotiklərin effektivliyi yoxlanılsın. Qvatemala sakinindən sonra araşdırmalar üçün çoxsaylı adamlar da bu xəstəliyə yoluxdurulurlar. Nəticədə 700 xəstəni ümumiyyətlə, sonradan sağaltmaq mümkün olmur.

Həmin insanlar üzərindəki təcrübələr onların razılığı olmadan aparılırmış. Təcrübə aparılan insanlar çox vaxt ya ruhi xəstələr, ya məhbuslar ya da ağlı gec inkişaf edən uşaqlar üçün məktəbin şagirdləri olurmuş.

1915-ci ildə Cozef Holberqer adlı bir nəfər məhbusların yeməyini məhdudlaşdırır. O sübut etmək istəyir ki, pellaqra (RR vitamininin çatışmaması nəticəsində törəyən xəstəlik) B3 vitamininin çatışmazlığı nəticəsində yaranır. Məhbuslara heç bir maddi kompensasiya ödənilmir və Holberqer bir neçə dəfə Nobel mükafatına namizəd olub.

Təxminən 20-ci əsrin əvvəllərində Kaliforniyada məhbuslara edam edilmiş cinayətkarların və heyvanların cinsi vəzilərini yerləşdirirdilər.

Nyu-Yorkda məhbusları məcbur edirdilər ki, xəstələrin nəcisindəki emulsiyanı içsinlər (bir mayenin başqa maye içərisində əriməyib qalan mikroskopik zərrələri). Bununla onlar infeksiyanın necə ötürülməsini yoxlayırlarmış.

İllinoys həbsxanasında məhbusları malyariya ilə yoluxdururlarmış ki, malyariya əleyhinə dərmanların təsirini yoxlasınlar.

Sonralar bu cür tədqiqatlar az qala ABŞ-ın yarısında icazəli idi. Tədqiqatlar sürətlə genişlənirdi. Yaşlı əlillərə xərçəng hüceyrələri yerləşdirilirdi ki, onların orqanizmdə necə inkişaf etməsi öyrənilsin.

Ən dəhşətlisi isə əqli cəhətdən gec inkişaf etmiş uşaqlar üçün olan Uilloubruk dövlət məktəbində 1963-1966-cı illərdə aparılan təcrübədir. Uşaqları müxtəlif hepatit xəstəlikləri ilə yoluxdururdular ki, dərmanların təsiri yoxlanılsın.

Bu əslində aysberqin görünən tərəfdir. Amerikanın bəzi əczaçılıq şirkətləri etiraf ediblər ki, “insan şimpanzedən daha ucuzdur” ona görə də bu təcrübələr keçirilib. 1970-ci ildən Amerikada əczaçıların həbsxanalara girişi qadağandır. Amma uşaq üçün məktəblər hələ də onların üzünə açıqdır.

 

Eminquey

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK