adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
08 Iyul 2021 09:34
44279
İDMAN
A- A+

PSJ Ramosun transferini rəsmən açıqladı

Fransanın PSJ klubu ispaniyalı müdafiəçi Serxio Ramosu transfer etdiyini rəsmən açıqlayıb.

“Haber Global”ın məlumatına görə, 35 yaşlı futbolçu klubun heyətində 4 nömrəli idman köynəyilə çıxış edəcək.

Ramosla iki illik müqavilə imzalandığı bildirilib.