adalet.az header logo
  • Bakı 16°C
05 Iyul 2021 09:50
73350
KRİMİNAL
A- A+

Mingəçevir sakini dostunu bıçaqlayıb öldürdü

İyulun 4-ü saat 01 radələrində 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Mingəçevir şəhər prokurorluğundan Adalet.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.