adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2026 14:13
54
DÜNYA
A- A+

"Nüvə silahları qadağan edilməlidir!" - Çin lideri

Çin prezidenti Si Cinpin nüvə silahlarının tamamilə qadağan edilməli və bütün dünyada məhv edilməli olduğunu bəyan edib.

Adalet.az xəbər verir ki, o, bunu Rusiya və ABŞ prezidentləri ilə görüşündə deyib. 

Çin lideri qeyd edib ki, dövlətlər nüvə münaqişəsinin qarşısını almaq üçün bütün səylərini göstərməlidirlər, çünki belə bir toqquşmada qalib gəlmək qeyri-mümkündür. Si Cinpin vurğulayıb ki, buna nail olmaq üçün dünya gücləri bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidirlər.