adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2026 19:00
49
DÜNYA
A- A+

Tbilisidə partlayış oldu, bina uçdu - Ölənlər var - VİDEO

Tbilisi yaxınlığındakı Poniçalada qaz partlayışı baş verib. 

Adalet.az xəbər verir ki, nəticədə beşmərtəbəli yaşayış binası uçub.

Xilasedicilər yaşayış binasının dağıntıları altından iki nəfərin cəsədini çıxarıblar.

İlkin məlumatlara görə, beşmərtəbəli binanın yuxarı mərtəbəsində baş verən qaz qızdırıcısının partlaması nəticəsində 11 yaşlı uşaq da daxil olmaqla dörd nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, qurbanlardan biri uşaq olub.